CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mənzil bazarında qiymət artımı var – Səbəb açıqlandı

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidВходная дверь в одной из квартир жилого дома, фото из архива
Входная дверь в одной из квартир жилого дома, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib ki, avqust ayı ərzində təkrar mənzil bazarında qiymətlərdə 0.73 faiz artım olub, il ərzində isə artım 2.23 faiz təşkil edib

BAKI, 3 oktyabr — Sputnik. Bakıda həm təkrar, həm də ilkin mənzil bazarında istər yayın son ayı üzrə, istərsə də il ərzində qiymətlər artıb.

Mənzillərin açarları, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Mənzil almaq asanlaşacaq - Millət vəkilinin dediyi olarsa...

Belə ki, "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib ki, avqust ayı ərzində təkrar mənzil bazarında qiymətlərdə 0.73 faiz artım olub, il ərzində isə artım 2.23 faiz təşkil edib.

N.İbrahimov bildirib ki, ilkin mənzil bazarında avqust ayı ərzində 2.36 faiz artım olub, il ərzində isə 10.45 faiz artım baş verib.

Ekspertin sözlərinə görə, qiymətlərdə artım mövsümi xarakter daşıyır: “Adətən yayın axırı payızın başlanğıcında artım qaçılmaz olur. Digər tərəfdən isə bazarda təklif portfelində azalma var, eyni zamanda, yeni mənzillərin tikintisində də azalma müşahidə edilir. Təklif portfelinin azalması isə qiymətlərə təsir edir”.

Xəbər lenti
0