BAKI, 13 oktyabr – Sputnik. İsmayıllı rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun İsmayıllının Qubaxəlilli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Yoldan çıxan "Mersedes Vito" markalı sərnişin mikroavtobusu elektrik dirəyinə çırpılaraq aşıb və nəticədə 5 nəfər xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
"Mersedes Vito" markalı sərnişin mikroavtobusunun yoldan çıxaraq elektrik dirəyinə çırpılması və aşması nəticəsində Göyçay şəhər sakinləri - 1980-ci il təvəllüdlü Gözəlov Elşad Nəriman oğlu, 1980-ci il təvəllüdlü Əfəndiyev Tərlan Ələddin oğlu, Çayarxı kənd sakini, 1955-ci il təvəllüdlü Feyzullayeva Bahar Məhəmməd qızı, Ləkçiplaq kənd sakinləri, 1998-ci il təvəllüdlü Vəliyev İbrahim Polad oğlu və 1996-cı il təvəllüdlü Yusifov Kamil Yaşar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.