Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 13 oktyabr – Sputnik. 10-13 oktyabr tarixlərində Rusiya Federasiyası Dağıstan Respublikasının Mahaçqala şəhərində “Patriot” Ümum Rusiya Taekvodo üzrə açıq turniri keçirilib.
Turnirdə Azərbaycandan 9 komanda olmaqla 60-a yaxın taekvondoçu iştirak edib. Onların arasında “Lənkəran Peşəkar İdman Klubu” da olub.
Klub prezidenti, Əməkdar məşqçi Vüqar Sultanovun Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, yarışa qatılan “Lənkəran PİK”-in 7 idmançısından 6-sı medal qazanıb. Onlardan dördü 1-ci, ikisi üçüncü yeri tutub.
1) 45 kq çəki dərəcəsində Tağızadə Əli - 1-ci yer,
2) 48 kq çəki dərəcəsində Babazadə Davud - 1-ci yer,
3) 51 kq çəki dərəcəsində Yusif Qurbanov - 1-ci yer,
4) 61 kq çəki dərəcəsində İbrahim Əlizadə - 1-ci yer,
5) 45 kq çəki dərəcəsində Fərhad Mehdizadə - 3-cü yer,
6) 48 kq çəki dərəcəsində Əli Hüseynli 3-cü - yer.
Turnirdə iştirak edən Azərbaycan komandaları arasında ən yaxşı nəticəni də “Lənkəran Peşəkar İdman Klubu”nun taekvondoçuları əldə ediblər.