BAKI, 13 oktyabr – Sputnik. Bakıda “Büllur” sarayında (köhnə İnqilab kinoteatrı) Müsavat Partiyasının IX qurultayı keçirilir.
Sputnik Azərbaycan xəbər verir ki, hazırkı başqan Arif Hacılı, Divan üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlı Müsavat Partiyasının başqanı postuna namizəd olublar.
Qurultay zamanı Tofiq Yaqublu və Yadigar Sadıqlı ilə partiyanın keçmiş rəhbəri İsa Qəmbər arasında mübahisə düşüb. Namizədlər İsa Qəmbərin onların çıxışına müdaxiləsinə etiraz ediblər.
Səsvermənin nəticələrinə görə Arif Hacılı yenidən Müsavat Partiyasının başqanı seçilib.