BAKI, 28 avqust — Sputnik. Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sabiq sədri Məmməd Əlizadə dünyasını dəyişib.
Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, o, avqustun 26-da ürəyində yaranan problemlərə görə 5 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib, avqustun 28-də səhər saatlarında xəstəxanada vəfat edib.
1951-ci il təvəllüdlü M.Əlizadə Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib.