Çeferin: Rusiya AVRO-2020 və ÇL-2021 finalını ən yüksək səviyyədə keçirəcək

© Sputnik Stringer / Mediabanka keçidПрезидент УЕФА Александер Чеферин
Президент УЕФА Александер Чеферин - Sputnik Azərbaycan
Abunə olmaq
"Viza məsələsi həmişə müəyyən çətinliklər yaradır, lakin Rusiyadakı Dünya Çempionatında Azarkeş Vəsiqələrinin tətbiqi ilə bu sahədə hər şey çox asanlıqla oldu və hər şey əla işlədi"

UEFA prezidenti Aleksander Çeferin “RİA Novosti”nin müxbiri Semyon Qalkeviçə verdiyi müsahibəsində Sankt-Peterburqun AVRO-2020 matçlarına və Çempionlar Liqası-2021 final oyununa ev sahibliyi etməyə hazırlığını qiymətləndirdi, Rusiyadakı Dünya Çempionatında sınaqdan keçirilən Azarkeş Vəsiqəsi (FAN ID) sistemi haqqında fikirlərini bölüşdü və təşkilatın nə üçün Rusiya və Ukrayna milli komandalarını püşkatmada əvvəlki kimi fərqli qruplara saldığını izah etdi.

- AVRO-2020 ilə başlayaq. Turnir ilk dəfə olaraq 12 şəhərdə keçiriləcək. Ümumiyyətlə, bu ideya necə yaranıb?

Kilian Mbappe - Sputnik Azərbaycan
Mbappe AVRO təsnifatında İslandiya və Türkiyəyə qarşı oynamayacaq

- (Gülümsəyir) Düzünü desək, hər şey mənim UEFA-ya başçı təyin edilməyimdən əvvəl qərara alınmışdı. Mən deyərdim ki, bu, heç də pis bir fikir deyil. Gələn il biz futbol üzrə ilk Avropa çempionatının 60-cı ildönümünü qeyd edəcəyik. Beləliklə, çoxlu sayda ölkələri, mədəniyyətləri və dinləri birləşdirən pan-Avropa turniri ideyası mənə çox maraqlı və orijinal görünür. Problem yalnız onun reallaşdırılması ilə bağlı maddi-texniki çətinliklərdən ibarətdir. AVRO-2020-yə ev sahibliyini həyata keçirən ölkələrin qanunvericiliyi və pul vahidi fərqlidir, bəzilərində vizaya ehtiyac var, digərlərində isə yoxdur. Lakin mən əminəm ki, bu məqamların hamısının öhdəsindən gəlinəcək və turnir böyük uğurla həyata keçiriləcək. 

- Buna bənzər AVRO formatı gələcəkdə də istifadə edilə bilərmi, yoxsa bu, birdəfəlik hekayədir?

- Xeyr, bizim belə bir planımız yoxdur. Düşünmürəm ki, nə vaxtsa yaxın gələcəkdə 12 şəhər eyni bir Avropa çempionatına ev sahibliyini həyata keçirəcək. Ola bilər ki, iki ölkə olsun, ancaq bundan artıq deyil.

- Bu ölkələrin, xüsusilə də Rusiyanın AVRO-2020-yə hazır olduqlarını necə qiymətləndirirsiniz?

- Mən bir il bundan əvvəl Rusiyaya dünya çempionatı üçün gəlmişdim və sizin ölkənizin AVRO-2020 üçün hazır olmasına heç bir şübhə ola bilməz. Biz bilirik ki, Rusiya hazırdır. Burada dünya çempionatı mükəmməl təşkil olunmuşdu, başqa cür demək mümkün deyil. Bu vəziyyətdə mən diplomat olmağa çalışmıram, bu, bir həqiqətdir. Əminəm ki, Sankt-Peterburqda AVRO-2020 matçları, həmçinin bir il sonra Çempionlar Liqasının finalı da yüksək səviyyədə keçiriləcək.

- Tarixdə ikinci dəfədir ki, Çempionlar Liqasının final oyunu Rusiyada keçiriləcək.  Deyə bilərsinizmi ki, bu qərar necə verildi? Rusiyanın iştirakının hansı üstünlükləri var? 

- Rusiya inkişaf üçün çox böyük potensiala malik olan çox gözəl bir bazardır. İdeal infrastruktur və tam dövlət dəstəyi – əsas üstünlüklər bunlardır. Sankt-Peterburqun müraciətində hər hansı bir mənfi aspekt yox idi. 

Futbol üzrə Avropa çempionatının kuboku - Sputnik Azərbaycan
AVRO-2020-nin pley-off mərhələsinin püşkatması barədə bilməli olduqlarımız

- Düşünmək olarmı  ki, Çempionlar Liqasının finalını Sankt-Peterburqda keçirmək qərarına Dünya Çempionatı-2018 və AVRO-2020-nin bu şəhərdə keçirilməsi qərarları təsir etdi? 

- Əlbəttə. Biz böyük turnirlərin keçirilməsində problemləri olan ölkələri nəzərə belə almırıq. Çempionlar Liqasının finalı – bu, çox çətin bir prosesdir, lakin dünya futbolunda əsas turnir olan dünya çempionatından sonra Rusiya və Sankt-Peterburq bunun öhdəsindən asanlıqla gələ bilər.

- 2008-ci ildə Rusiyada Çempionlar Liqasının ilk finalını xatırlayırsınız?

- "Lujniki", cərimə zərbəsi! Çoxları həmin matçı xatırlayırlar, Con Terrinin necə sürüşdüyünü xatırlayırlar. Bu, yaxşı final idi, o zaman “Çelsi”nin bəxti gətirmədi.

- 2008-ci ildə Rusiyada Çempionlar Liqasının finalına həsr olunmuş bir sıra fəaliyyətlər təşkil edildi. Bu dəfə nə planlaşdırılır? Qırmızı Meydanda futbol parkının parçalanması yenə ola bilərmi?

- Qırmızı Meydandan əmin deyiləm, bu dəfə final Sankt-Peterburqda keçiriləcək. Bu, geniş miqyaslı bir tədbirdir və, əlbəttə ki, biz azarkeş zonalarını, matça ortaq baxış yerlərini təşkil edəcəyik və hələ çox şey olacaq.

Mattias Ginter - Sputnik Azərbaycan
Ginter və Layner AVRO-2020 seçmələrində yığmalarının heyətində olmayacaqlar

- İlk mənbələrdən bilmək istəyərdim ki, nə üçün UEFA həmişə Rusiya və Ukraynanı püşkatma zamanı ayırır? Bu vəziyyət yaxın gələcəkdə dəyişə bilərmi?

- Təhlükəsizlik bizim üçün ən vacib işlərdən biridir. İstənilən turnir haqqında qərar qəbul edərkən, həmişə təhlükəsizliyi nəzərə alırıq və onu fikrimizdən çıxarmırıq. Biz həmçinin, Serbiya və Kosovonu, Ermənistan və Azərbaycanı da fərqli qruplara salırıq, hətta İspaniya və Cəbəlüttariq belə eyni qrupa düşə bilməz. Təhlükəsizliklə bağlı problemimiz olarsa və ya problemlərin yarana biləcəyini gördükdə, milli federasiyalardan müvafiq təkliflər aldıqda bu problemlərin qarşısını almaq üçün profilaktik tədbirlər görürük. Təhlükəsizlik bizim üçün prinsipial əhəmiyyət daşıyır, biz siyasi məsələlərə qoşulmuruq.

- Rusiya və Ukrayna futbol federasiyalarının püşkatmada bu qaydanın ləğv edilməsini irəli sürmələri  lazımdırmı?

- İstənilən halda, qərarı UEFA qəbul edir, lakin hələ bu qərarı vermək zamanı deyil. Tarixdə bir çox fərqli situasiyalar olmuşdur, lakin zaman keçdikcə onlar dəyişir. Rusiya və Ukrayna ilə bağlı bu vəziyyət də dəyişəcək, bunun baş verməməsi üçün səbəb görmürəm. Futbol gözlənilməz hallarla doludur, təsəvvür edin ki, əgər komandaların hər ikisi AVRO-2020-nin yarımfinal və ya final oyunlarına vəsiqə qazansalar, bu zaman onlar Londonda bir-birlərinə qarşı oynayacaqlar.

AVRO-2020-nin loqotipi - Sputnik Azərbaycan
AVRO-2020-nin final mərhələsinin püşkatması barədə əsas məlumatlar

- UEFA Rusiyadakı Dünya Çempionatında sınaqdan keçirilən Azarkeş Vəsiqəsi (FAN ID) sistemindən istifadə etməyi planlaşdırırmı?

- Bu vəziyyətdə hər şey yerlərdə həll olunur, qərarları yerli təşkilat komitələri verir. Demək istəyirəm ki, bu sistemin keçən il Dünya Çempionatında necə işləməsinə heyran qaldım. Viza məsələsi həmişə müəyyən çətinliklər yaradır, lakin Rusiyadakı Dünya Çempionatında Azarkeş Vəsiqələrinin tətbiqi ilə bu sahədə hər şey çox asanlıqla oldu və hər şey əla işlədi.  Biz başqa ölkələri bu sistemdən istifadəyə məcbur edə bilmərik, buna ölkələr özləri qərar verəcək. Lakin UEFA öz tərəfindən Azarkeş Vəsiqəsini böyük turnirlərin təşkilində Rusiya üçün bir üstünlük hesab edir.

- UEFA-nın prezidenti vəzifəsinə təyin olunmağınızın dördüncü ilidir. Bu müddət ərzində bu vəzifədə əsas nailiyyətiniz nədir?

- Əsas nailiyyətin nə olduğunu söyləmək çətindir. 2015-ci il hadisələri ilə futbola ciddi ziyan dəydi və üç il əvvəl biz idarəetmə strukturunu təkmilləşdirməklə işə başladıq. Hal-hazırda, bizim əsas çətin işimiz – yarışlarımızda rəqabət balansını dəstəkləmək və futbolun daha da inkişaf etdirilməsidir. Həmçinin, rəqəmsallaşdırmanı da qeyd etmək istəyirəm, çünki biz artıq televizora baxmayan 10-20 yaşlı gəncləri itirmək istəmirik. Lakin istənilən halda, futbol bir nömrəli idman növü olaraq qalır.

Xəbər lenti
0