Mbappe AVRO təsnifatında İslandiya və Türkiyəyə qarşı oynamayacaq

© Sputnik / Grigoriy Sysoyev / Mediabanka keçidKilian Mbappe
Kilian Mbappe - Sputnik Azərbaycan
Abunə olmaq
Fransa millisinin hücumçusu Kilian Mbappe AVRO-2020 təsnifatında komandasının qarşıdakı oyunlarını buraxmalı olacaq.

Kilian Mbappe Fransa yığmasının AVRO-2020 təsnifatındakı qarşıdakı görüşlərini buraxacaq.

Fransızlar cümə günü Reykyavikdə İslandiya ilə qarşılaşacaqlar, bazar ertəsi isə öz meydançalarında Türkiyə millisini qəbul edəcəklər.

Fransa Futbol Federasiyasının rəsmi saytında bildirilir ki, Mbappe zədələnib və o səbəbdən milli komandaya cəlb olunmayacaq. "PSG"-nin forvardınən yerinə Fransa yığmasının məşqçiləri Mönhenqladbax "Borussiya"sının hücumçusu Alassan Pleanı yığmaya çağırıblar.

Fransa yığması 15 xal toplayıb və əlavə göstəricilərə görə Türkiyə komandasından geri qalaraq H qrupunda ikinci yeri tutur. Fransızlar islandları üç xal qabaqlayırlar.

Xəbər lenti
0