CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Noyabrın ilk hərracı: 83 dövlət əmlakı özəlləşmədə

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidHərrac,arxiv şəkli
Hərrac,arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Noyabrın ilk hərracına çıxarılan dövlət əmlaklarına müxtəlif regionlarda yerləşən kiçik dövlət müəssisələri, qeyri-yaşayış sahələri, yarımçıq tikililər aiddir. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 12.2 kv.m ilə 2997 kv.m arasındadır

BAKI, 9 oktyabr — Sputnik. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil edilən növbəti özəlləşdirmə hərracına onlayn seçim və sifariş artıq başlayıb.

Komitədən Sputnik Azərbaycan-a verilən məlumata görə, noyabrın 5-i baş tutacaq bu hərracda investorların, iş adamlarının, vətəndaşların ümumilikdə 83 dövlət əmlakı üzrə seçim imkanı var.

Elektron xidmətlərin tətbiqi ilə hər kəs komitənin onlayn resursları vasitəsilə dövlət əmlakları üzrə seçim edərək, vaxt itirmədən elektron sifariş verə bilər. Elektron hərrac sistemi ilə sifarişçilər seçdikləri dövlət əmlakının hərracına əlavə ünvana getmədən, elə internet üzərindən qoşula bilər. Komitənin keçirdiyi açıq özəlləşdirmə hərracları iştirakçı məmnuniyyətini təmin edir, şəffaflığı artırır. Bu istiqamətdə əsas hədəf vətəndaşları yalnız keyfiyyətli və rahat hərrac xidmətləri ilə təmin etməkdir.

Noyabrın ilk hərracına çıxarılan dövlət əmlaklarına müxtəlif regionlarda yerləşən kiçik dövlət müəssisələri, qeyri-yaşayış sahələri, yarımçıq tikililər aiddir. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 12.2 kv.m ilə 2997 kv.m arasındadır. Fərqli iqtisadi sahələr üzrə fəaliyyət potensialı olan kiçik dövlət müəssisələrinə əmlak kompleksləri, ticarət, istehsal, xidmət obyektləri və digər əmlaklar aiddir. Elan edilən bu hərracda ən yüksək ümumi faydalı sahəsi olan müəssisə Balakən şəhəri, 28 May küçəsindəki əmlak kompleksidir. Dövlət obyekti 95 min kv.m-ə yaxın torpaq sahəsi ilə birgə hərraca çıxarılıb.

Входная дверь в одной из квартир жилого дома, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Mənzil bazarında qiymət artımı var – Səbəb açıqlandı

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 8 oktyabr tarixində növbəti özəlləşdirmə hərracı keçirilib. Hərracda özəlləşdirilən 6 nəqliyyat vasitəsi üzrə ümumilikdə 26 sifariş verilmişdir. Hərracları rəqabətli mühitdə keçən və buraxılış tarixləri 2006, 2007-ci illər olan avtomobillər "Toyota" və "Vaz" markalarına aiddir.

Hərraclara çıxarılan hər bir dövlət əmlakı ilə tanış olmaq və sifariş vermək istəyən şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Sifarişçilərlə yanaşı, hərraca marağı olan digər şəxslərin də özəlləşməyə onlayn qoşulmaq imkanı var.

Xəbər lenti
0