BAKI, 8 oktyabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Valeri Osipyanı baş müşavir vəzifəsindən çıxarıb.
Sputnik Ermənistan xəbər verir ki, bu barədə qərar Ermənistan hökumətinin rəsmi saytında dərc edilib.
Məlumata əsasən, qərar oktyabrın 7-də imzalanıb.
Qeyd edək ki, Valeri Osipyan sentyabrın 18-də Ermənistan polisinin rəisi vəzifəsindən istefaya göndərilib. Həmin gün Nikol Paşinyan onu Baş nazirin baş müşaviri təyin etmişdi.