Rusiya strateji tərəfdaşımız, Türkiyə ciddi təhdiddir – Paşinyandan gözlənilməz gedişlər

© AFP 2024 / KAREN MINASYANErmənistan Baş naziri Nikol Paşinyan
Ermənistan Baş naziri Nikol Paşinyan - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan digər ölkələrə zərər vurmamaq şərti ilə bütün ölkələrlə tərəfdaşlıq əlaqələrini qorumaq, saxlamaq istəyir

BAKI, 26 sentyabr — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanı ölkəsinin əsas strateji tərəfdaşı adlandırıb. Sputnik Ermənistan xəbər verir ki, o, bunu Nyu-Yorkda BMT Baş Assambleyasında çıxışı zamanı bildirib.

Nikol Paşinyan - Sputnik Azərbaycan
QARABAĞ
BMTM sədri: "Həmsədrlər Paşinyanın populist bəyanatlarını rədd edirlər"

"Rusiya bizim əsas tərəfdaşımız və müttəfiqimizdir. Gürcüstan və İran isə strateji qonşumuzdur. Bizim Avropa İttifaqı və bu quruma üzv ölkələrlə strateji əhəmiyyətə malik gündəliyimiz və tərəfdaşlığımız formalaşıb", - deyə Paşinyan qeyd edib.

Onun sözlərinə görə, Ermənistan öz dostları və tərəfdaşları arasında fikir ayrılıqlarını narahatlıqla izləyir.

Baş nazir vurğulayır ki, Ermənistan digər ölkələrə zərər vurmamaq şərti ilə bütün ölkələrlə tərəfdaşlıq əlaqələrini qorumaq, saxlamaq istəyir.

Paşinyan eyni zamanda qeyd edib ki, Türkiyə Ermənistan və erməni xalqının təhlükəsizliyi üçün ciddi təhdid olaraq qalmaqdadır.

Xəbər lenti
0