İraqda dəhşət davam edir: Ölü sayı yüzü keçdi, minlərlə yaralı var

© REUTERS / KHALID AL-MOUSILYİraqda etirazlar zamanı 100-ə yaxın adam ölüb
İraqda etirazlar zamanı 100-ə yaxın adam ölüb - Sputnik Azərbaycan
Abunə olmaq
Etiraz aksiyaları zamanı aralarında hüquq mühafizə orqanlarının əməkdaşları da daxil olmaqla 104 nəfər ölüb, 6 min 107 nəfər isə yaralanıb

BAKI, 7 oktyabr — Sputnik. Oktyabrın 1-dən İraqda hökumətə qarşı keçirilən etiraz aksiyaları zamanı həlak olan şəxslərin sayı 100-ü keçib.

Türkiyədə təcili yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Türkiyədə terror: ölənlər və yaralılar var

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Bağdadda keçirilən mətbuat konfransında İraqın Daxili İşlər Nazirliyinin sözçüsü Saad Maan bildirib.

Maan qeyd edib ki, oktyabrın 1-dən Bağdad və ölkənin cənub şəhərlərində keçirilən etiraz aksiyaları zamanı aralarında hüquq mühafizə orqanlarının əməkdaşları da daxil olmaqla 104 nəfər ölüb, 6 min 107 nəfər isə yaralanıb.

O qeyd edib ki, etiraz aksiyaları zamanı hökumətə və özəl sektora məxsus 59 obyekt yandırılıb.

Xəbər lenti
0