CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Velosipedin ikinci mərtəbəsindən salamlar - FOTO

© Sputnik / Ilham Ahmadovİsmayıllı rayon sakini Əli İmamverdiyev
İsmayıllı rayon sakini Əli İmamverdiyev - Sputnik Azərbaycan
Abunə olmaq
İxtiraçı gələcəkdə velosipedə sürət qutusu qoyacağını və digər yeniliklər etmək istədiyini də bildirir

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 5 oktyabr — Sputnik. İsmayıllı rayon sakini Əli İmamverdiyev velosipedə olan marağı ilə hamıdan fərqlənir. 

Mingəçevirli avtomobil ustası filmdə gördüyü maşını necə reallığa çevirdi  - Sputnik Azərbaycan
VİDEO
Mingəçevirli avtomobil ustası filmdə gördüyü maşını necə reallığa çevirdi
İllərdir fərqli modellərdə velosipedlər toplayan gənc yenilikləri və tərzi ilə dostlarını da bu işə həvəsləndirib.

İki metr hündürlüyü olan velosipeddə rahatlıqla hərəkət edən Əli Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində bu modelin necə başa gəldiyini belə izah etdi: "Bir gün Rusiya telekanallarından birinə baxırdım və təsadüfən velosipedlər haqda verilişə rast gəldim. Oradakı müxtəlif, qeyri-adi velosipedlər xoşuma gəldi, xəyalımda canlandırdığım modeli necə hazırlaya biləcəyim haqda fikirlər formalaşmağa başladı. Beləliklə, sabahı gündən dostlarımla götür-qoy edib işə başladım. Ümumilikdə bu velosipedin hazırlanmasına yeddi günüm getdi və məncə, əziyyətimə dəydi".

© Sputnik / Ilham Ahmadovİsmayıllı rayon sakini Əli İmamverdiyev hazırladığı velosipedin hündürlüyü iki metrdir
İsmayıllı rayon sakini Əli İmamverdiyev hazırladığı velosipedin  hündürlüyü iki metrdir - Sputnik Azərbaycan
1/3
İsmayıllı rayon sakini Əli İmamverdiyev hazırladığı velosipedin hündürlüyü iki metrdir
© Sputnik / Ilham Ahmadovİsmayıllı rayon sakini Əli İmamverdiyev hazırladığı velosiped
İsmayıllı rayon sakini Əli İmamverdiyev hazırladığı velosiped - Sputnik Azərbaycan
2/3
İsmayıllı rayon sakini Əli İmamverdiyev hazırladığı velosiped
© Sputnik / Ilham Ahmadovİsmayıllı rayon sakini Əli İmamverdiyev hazırladığı velosiped
İsmayıllı rayon sakini Əli İmamverdiyev hazırladığı velosiped - Sputnik Azərbaycan
3/3
İsmayıllı rayon sakini Əli İmamverdiyev hazırladığı velosiped
1/3
İsmayıllı rayon sakini Əli İmamverdiyev hazırladığı velosipedin hündürlüyü iki metrdir
2/3
İsmayıllı rayon sakini Əli İmamverdiyev hazırladığı velosiped
3/3
İsmayıllı rayon sakini Əli İmamverdiyev hazırladığı velosiped

Əlinin velosipedinin ümumi hündürlüyü iki metrdir. Onun hazırlanmasında iki təkər, iki karkas ("rama"), üç çarx, oturacaq, pedallar və iki zəncirdən istifadə olunub.

Əlbəttə, bu hündürlükdə velosipedi görənlər marağını gizlədə bilmir və Əliyə yaxınlaşaraq onu haradan aldığını soruşurlar. Hətta bu cür velosiped üçün sifariş verənlər də var. İxtiraçı gələcəkdə velosipedə sürət qutusu qoyacağını və digər yeniliklər etmək istədiyini də bildirir.

Qeyd edək ki, dünyada ən böyük velosipedin hündürlüyü 5 m 40 sm-dir. Necə deyərlər, hər kəsin öz zövqü.

Xəbər lenti
0