Vladimir Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, qardaşlar birlikdə kvadrosikli 3 aya ərsəyə gətiriblər. Bəzi detallar “VAZ” avtomobilindən götürülüb, bəzilərini isə qardaşlar özləri kvadrosiklə uyğunlaşdırıblar. Mühərrik motosikletdən götürülüb, amma gücü daha da artırılıb. Kvadrosikli almaq istəyənlər də az deyil.
“Kvadrosiklə sənəd aldıqdan sonra artıq sata bilərəm. Gələcəkdə daha fərqli görünüşlü nəqliyyat vasitələri hazırlamağı planlaşdırıram”, - deyə Vladimir bildirib.
Mingəçevirdə avtomobillər arasında şütüyən minik vasitəsinə maraq böyükdür. Əksər avtomobillərin keçə bilmədiyi yollardan asanlıqla keçən kvadrosikl saatda 90-100 km sürət yığa bilir.