İran da kosmosa çıxmaq istəyir

© AFP 2024 / NASA/HANDOUTYer kürəsi
Yer kürəsi - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın Maliyyə Nazirliyi sentyabrın 3-də İranın kosmik qurumlarına qarşı sanksiya tətbiq etdiyini açıqlayıb

BAKI, 5 oktyabr — Sputnik. İranın İnformasiya və Kommunikasiya Texnologiyaları naziri Cavad Azəri Cəhromi bəyan edib ki, ölkəsi kosmosa öz astronavtını göndərmək istəyir, amma bunun üçün Tehrana digər ölkələrin köməyi lazım olacaq.

Sputnik Azərbaycan bildirir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

"Biz kosmosa iranlı kosmonavt göndərməliyik və bu, digər ölkələrlə əməkdaşlıq çərçivəsində gerçəkləşəcək", - şənbə günü Ümumdünya Kosmos Həftəsi münasibətilə keçirilən tədbirdə çıxış edən Cahromi deyib.

Корабль Союз МС-12 пристыкованный к МКС - Sputnik Azərbaycan
BƏƏ-nin ilk kosmonavtını kosmos dəyişdi: "Başım böyüyüb"

"ABŞ bir anın içində üç iri kosmik quruma qarşı sanksiya tətbiq etdi, ancaq bu sanksiyalarla iranlı alimləri qorxutmaq mümkün olmayacaq", - o əlavə edib.

ABŞ-ın Maliyyə Nazirliyi sentyabrın 3-də İranın kosmik qurumlarına qarşı sanksiya tətbiq etdiyini açıqlayıb. Siyahıya Astronavtika Tədqiqat İnstitutu, Kosmik Agentlik və İran Kosmosu Araşdırma Mərkəzi daxil edilib. ABŞ-ın Dövlət katibi Mayk Pompeo sanksiyaları şərh edərkən bildirib ki, bunlar İranın ballistik raket proqramını aktiv inkişaf etdirməsi və dəstəkləməsi ilə şərtlənib.

Xəbər lenti
0