CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ziyanı xeyrini yüz dəfə üstələyir, amma reklamı da "xod" gedir

© Sputnik / Aleksey MalgavkoПродажа энергетических напитков
Продажа энергетических напитков - Sputnik Azərbaycan
Abunə olmaq
Tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və antisedativ təsirə malik olan maddələrdən ən azı 2-si istifadə edilən alkoqolsuz içki enerji içkisi sayılır

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 4 oktyabr — Sputnik. Mətbuatda energetik içkilərin insan orqanizminə ziyanı barədə nə qədər maarifləndirici məqalələr dərc olunsa da, bu içkilərin müxtəlif beynəlxalq səviyyəli idman oyunlarına sponsorluq etməsi, tanınmış simalar tərəfindən reklam olunması onun zərəri barədə aparılan təbliğat işlərini kölgədə qoyur. Elə bu günlərdə Milli Məclisin payız sessiyasının ilk iclasında deputat Musa Quliyev da "Reklam haqqında" qanunda dəyişiklik edilməsini təklif edib. Millət vəkili energetik içkilərin reklamının qadağan olunması fikrini irəli sürüb.

Millət vəkili Musa Quliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Energetik içkilərin reklamının qadağan olunması təklif edilib

Qeyd edək ki, hazırda energetik içkilər mavi ekranda, eləcə də internetdə geninə-boluna reklam edilir. Energetik içkilərdən istifadə edənlər arasında gənc nəslin nümayəndələrinin sayı isə günü-gündən artır. Baxmayaraq ki, energetik içkilərin təhlükəli olduğu dəfələrlə sübuta yetirilib. Məsələn, Türkiyədə "Badboy" markalı enerji içkisində sildenafil üzə çıxıb. Qeyd edək ki, sildenafil əsasən cinsi istəyi artıran həblərin tərkibinə vurulur. Araşdırmalar nəticəsində "Bazır" enerji içkisində kişilər üçün aktivləşdirici vasitə olan "Viagra" dərmanının sildenafil maddəsi aşkar olunmuşdu. Həmin ərəfədə səkkiz enerji içkisində də cinsi aktivliyi artıran maddələr aşkarlanmışdı. Bura "Nitro max" (Nitro max) enerji içkisi də daxil idi. Bu isə energetik içki istehsalçılarının insanlar arasında sərhədsiz cinsi münasibəti artırmağa çalışmaqlarını bir daha sübut edir.

Bununla belə bu gün Azərbaycanda da energetik içkilər tanınmış simalar tərəfindən reklam edilir.

Məsələn, aparıcı İlkin Həsənlinin də çəkildiyi "Bozbash Pictures" prodakşının hazırladığı komediyalarda energetik içkinin reklamına rast gəlinir.

Amma aparıcı İlkin Həsənli Sputnik Azərbaycan-a açıqlamasında iddia edib ki, reklam etdikləri içki enerji içkisi hesab olunmur: "Çünki bizim reklam etdiyimiz içkidə energetik içkilərin tərkibində olan zərərli maddələr yoxdur". İ.Həsənli həmçinin bildirib ki, insanlar enerji içkiləri alarkən üzərindəki qeydə əməl etsələr, səhhətləri üçün təhlükə yaranmaz: "Həmin içkilərin üzərində qeyd edilib ki, gündə 2 ədəddən artıq içmək tövsiyə edilmir. Həmçinin yaş həddi də öz əksini tapıb".

Aparıcı bununla belə, qanuna dəyişiklik olarsa, energetik içkilərin reklam etməyəcəklərini söyləyir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və antisedativ təsirə malik olan maddələrdən (kofein, taurin, qlükoronolakton, inozitol, amin turşuları, B qrupu vitaminlər, quarana, maça kökü, yerba mate, jenşen, dəniz yosunu, şizandra, eleuterokokk, ginkgo biloba kimi bitkilərin ekstraktları) ən azı 2-si istifadə edilən alkoqolsuz içki enerji içkisi sayılır. Məlumatda bildirilir ki, eyni zamanda tərkibində yalnız kofeindən 15 mq/100 ml-dan artıq istifadə olunan içkilər, həmçinin amin turşuları, B qrup vitaminlər və bitki ekstraktları kimi qrup maddələrdən eyni qrupa daxil olan hər hansı iki maddədən istifadə edilən içkilər də enerji içkisi hesab olunur.

Saxta araq istehsalı üçün nəzərdə tutulan 619 min 500 ədəd saxta aksiz markası saxlanılıb - Sputnik Azərbaycan
CƏMİYYƏT
Alkoqollu və energetik içkilər, siqarlar və elektron siqaretlər bahalaşacaq

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, öz sahələrində uğur qazanmış şəxslərin bu cür təbliğat aparmaları yolverilməzdir: "Birmənalı şəkildə idman yarışlarına energetik içkilərin sponsorluq etməsi düzgün deyil. Eləcə də, idmançıların və məşhur simaların bu cür enerji içkilərini reklam etməsinin tam əleyhinəyəm. Çünki onlar cəmiyyətin, xüsusilə gənc nəslin nümayəndələridirlər. Onlar hər bir işdə elə addım atmalıdırlar ki, gənclər üzərində yalnız müsbət təsirləri olsun".

Ekspert bildirib ki, enerji içkilərinə əlçatanlılığın azaldılması üçün müəyyən işlər görülsə də, bunlar yetərli deyil: "Bu içkilərin tərkibində insanı asılı salan, içkiyə alışdıran maddələr vardır. Demək olar ki, onların heç birinin tərkibində insan orqanizmi üçün müsbət sayılacaq maddələr yoxdur. Buna görə də, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi enerji içkilərinin tərkibinin dəyişdirilməsi barədə məsələ qaldırıb və həmin iş indi də Agentliyin nəzarətindədir".

AİB sədri deyir ki, insan orqanizmi üçün zərərli olan içkilərin ölkəyə idxalı məhdudlaşdırılmalıdır.

Xəbər lenti
0