CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Alkoqollu və energetik içkilər, siqarlar və elektron siqaretlər bahalaşacaq

© Photo : DTX mətbuat xidmətiSaxta araq istehsalı üçün nəzərdə tutulan 619 min 500 ədəd saxta aksiz markası saxlanılıb
Saxta araq istehsalı üçün nəzərdə tutulan 619 min 500 ədəd saxta aksiz markası saxlanılıb - Sputnik Azərbaycan
Abunə olmaq
Vergi Məcəlləsinə xeyli dəyişiklik ediləcək

BAKI, 16 noyabr — Sputnik. Azərbaycanda istehsal olunan alkoqollu, alkoqolsuz energetik içkilər, siqarlar, elektron siqaretlər aksiz vergisinə cəlb edilir.

Hadı Rəcəbli, Milli Məclisin Komitə sədri - Sputnik Azərbaycan
"Sahibkarların işi yüngülləşəcək, sığorta və vergi yığımı bir əldən olacaq"

Sputnik Azərbaycan “Report” xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik olunur.

Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən əlavəyə əsasən, alkoqollu energetik içkilərin hər litrinə 2 manat, alkoqolsuz energetik içkilərin hər litrinə 3, siqarların, o cümlədən ucları kəsilən siqarların hər bir ədədinə 1, elektron siqaretlər üçün mayenin hər litrinə 20 manat aksiz vergisi tutulacaq.

Bu mallara görə aksizin məbləği aksiz dərəcəsi ilə həmin malların faktiki həcminin hasilinə tətbiq edilməklə hesablanır.

Layihə yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Xəbər lenti
0