Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ"ın Avroliqadakı oyunu təxribat səbəbindən dayandırıldı

© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidСудья, фото из архива
Судья, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Buna səbəb separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağının dronla stadionun mərkəzinə gətirilməsi olub. Ardınca azarkeşlər və futbolçular arasında münaqişə də yaşanıb

BAKI, 3 oktyabr — Sputnik. Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən "Düdelanj" (Lüksemburq) - “Qarabağ” (Azərbaycan) oyununda təxribat baş verib.

Sputnik Azərbaycan APA-ya istnadən bildirir ki, xoşagəlməz hadisə Ağdam təmsilçisinin ikinci qolundan sonra yaşanıb.

Buna səbəb separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağının dronla stadionun mərkəzinə gətirilməsi olub. Ardınca azarkeşlər və futbolçular arasında münaqişə də yaşanıb. Bunu görən şotlandiyalı baş hakim Con Biton matçı dayandırıb.

Qeyd edək ki, "Qarabağ" 30-cu dəqiqədə rəqib qapısından ikinci qolu keçirib.

Xəbər lenti
0