On altı qız və bir o qədər də oğlan bu bazar günü Bakıda "Miss & Mister Planet Azerbaijan 2019" titulu, eləcə də bu il Tailandda keçiriləcək "Miss & Mister Planet" beynəlxalq müsabiqəsinin finalında ölkənin təmsilçilik hüququ uğrunda yarışıblar.
Müsabiqənin iştirakçıları tamaşaçılara bir neçə parlaq dəfilə nümayiş etdiriblər. Onların dəfiləsi toy paltarlarından, gündəlik geyimlərdən, çimərlik formasından ibarət olub. Sonda onlar cütlük şəklində ziyafət geyimində ortaya çıxıblar.
Müsabiqənin bloggerlər, influenserlər, modellər, artistlər və moda sənayesinin nümayəndələrindən ibarət münsiflər heyəti uzunmüddətli məsləhətləşmələrdən sonra öz qərarlarını açıqlayıblar. Beləliklə, Nigar Həsənzadə "Miss Planet Azerbaijan 2019", Sirac Bəyəlizadə isə "Mister Planet Azerbaijan 2019" seçiliblər.
Xatırladaq ki, ötən il "Miss & Mister Planet" beynəlxalq gözəllik yarışı Gürcüstanda keçirilib. Tbilisi yarışında dünyanın 35 ölkəsinin regional müsabiqələrinin qalibləri iştirak ediblər. Kişilər arasında Azərbaycan təmsilçisi Emil Qasımov qalib gələrək "Mister Planet 2018 " titulunu qazanıb.