Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Yararsız ağac parçalarından xarüqələr – Muzeyə bənzər oymaçı emalatxanası

Abunə olmaq
Qəbələ sakini Şahin Rəhimov adi lazımsız ağac parçalarına ikinci həyat bəxş edir. Onun əl işləri ilə Sputnik Azərbaycan-ın videosunda tanış olun.

Qəbələ rayon Vəndam qəsəbə sakini Şahin Rəhimov 25 ilə yaxındır ağac üzərində oyma ilə məşğul olur. İskənə, balta, rəndə, çəkic və cilalama kağızlarından istifadə edərək o, lazımsız ağac parçalarına ikinci həyat bəxş edir. Əl işlərinə görə müxtəlif mükafatlara layiq görülən sənətkar, ərsəyə gətirdiyi əsərlərin sayını belə, itirib.

Musiqiyə bənzər sənət – Dəmirçi emalatxanasına səyahət  - Sputnik Azərbaycan
VİDEO
Musiqiyə bənzər sənət – Dəmirçi emalatxanasına səyahət

Rəhimov muzeyə bənzər emalatxanasında dörd usta ilə birgə çalışır. Onların hazırladığı suvenirlərə dünyanın dörd qırağında rast gəlmək olar desək, yanılmarıq. Ustanın sözlərinə görə, xarici turistlər daha çox kiçik suvenir tipli əşyalara üstünlük verirlər, yerli turistlər isə onun əl işlərini həm suvenir, həm də məişət əşyası kimi əldə edir.

Şahin ustanın əl işləri arasında qiyməti 1 manatdan 1000 manatadək olan əşyalara rast gəlmək olar. Bəziləri isə onun üçün o qədər əzizdir ki, onları satmaqdan imtina edir və yalnız emalatxanasında sərgiləyir.

Bundan başqa, Şahin Rəhimov bu sənəti yaşatmaq üçün əlindən gələni əsirgəmir. O, ağac üzərində oymaçılığı tələbələrinə və hətta oğluna öyrədərək, gələcək nəsillərə çatdırmağa çalışır.

Xəbər lenti
0