Sadəcə dəhşət, çamadanın içərisindən uşaq meyiti tapıldı

CC BY 2.0 / Bruce Turner / CarabinieriКарабинеры, фото из архива
Карабинеры, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Hazırda ilk növbədə uşağın ölü doğulması və ya canlı uşağın ölməsi faktını dəqiqləşdirmək lazımdır. Biz artıq bununla bağlı tibbi ekspertə müvafiq tapşırıq vermişik"

BAKI, 2 oktyabr — Sputnik. İtaliyanın cənubunda Vallo-Dell-Lukaniya şəhərində karabinerlər Moldova vətəndaşının evində yeni doğulmuş körpənin meyitini aşkarlayıblar. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir. Körpənin meyiti çamadanda olub.

Körpə, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Mingəçevirdə körpə üçüncü mərtəbədən yıxıldı

Məlumata əsasən, hüquq mühafizə orqanları əməkdaşları xəstəxanadan məlumat daxil olduqdan sonra evdə axtarış aparıblar. Ötən gecə İtaliyada dayə işləyən qadın güclü qanaxma ilə təcili tibbi yardım maşınında xəstəxanaya gətirilib. Həkimlər dərhal onun zahı olduğunu anlayıb polisə xəbər veriblər.

Çamadanda tapılan uşağın meyiti dərhal morqa göndərilib, Vallo-Dell-Lukaniya prokurorluğu isə uşağın ölüm faktı ilə bağlı cinayət işi başladıb.

"Hazırda ilk növbədə uşağın ölü doğulması və ya canlı uşağın ölməsi faktını dəqiqləşdirmək lazımdır. Biz artıq bununla bağlı tibbi ekspertə müvafiq tapşırıq vermişik", - deyə prokuror Antonio Riççi bildirib.

O qeyd edib ki, bu dəhşətli hekayə ana olmağa hazırlaşan bütün qadınlar üçün dərs olmalıdır: "Xarici vətəndaşlar da daxil olmaqla, bütün qadınlar bilməlidirlər ki, İtaliya hökuməti həmişə çətin həyat şəraitində olan hər bir şəxsə kömək etməyə hazırdır".

Xəbər lenti
0