BAKI, 1 sentyabr — Sputnik. Mingəçevirdə 2 yaşlı uşaq 3-cü mərtəbədən yıxılıb.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə Energetik yaşayış massivindəki Naxçıvan küçəsində baş verib.
Nəzarətsiz qalmış 2017-ci il təvəllüdlü şəhər sakini Rəcəbov Uğur İlkin oğlu yaşadığı 5 mərtəbəli binanın 3-cü mərtəbəsindən yerə düşüb.
Ağır xəsarət alan azyaşlı dərhal xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.