BAKI, 2 oktyabr — Sputnik. “Rusiya dollardan ödəniş aləti kimi imtinanı heç vaxt vacib məsələ kimi nəzərdən keçirməyib, ancaq ölkə özünü sığortalamalıdır”.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Rusiya enerji həftəsi" forumunda xarici ölkələrin və beynəlxalq təşkilatların profil idarələrinin rəhbərləri ilə görüşdə bildirib.
"Yeri gəlmişkən, biz heç vaxt dollardan bir ödəniş aləti kimi imtina etməyi qarşımıza məqsəd qoymamışıq. Ancaq sadəcə, özümüzü necə qorumaq barədə fikirləşməyə məcburuq" - deyə Rusiya lideri bildirib.
Üçüncü "Rusiya enerji həftəsi" oktyabrın 2-dən 5-dək Moskvada, "Manej" mərkəzi sərgi zalında keçirilir. Rəsmi proqram çərçivəsində 70-dən çox işgüzar tədbirin keçiriləcəyi planlaşdırılıb.