BAKI, 19 sentyabr — Sputnik. Çin İranla ticarət etmək üçün 400 milyard dollar dəyərində kredit xəttini işi salıb. Bu barədə Sputnik Azərbaycan "MİGnews"-a istinadən xəbər verir.
"Əldə olunan məlumatlar göstərir ki, İran və Çin arasında 400 milyard dollar dəyərində kredit xətti işləməyə başlayıb", - deyə Tehran ticarət palatasının pul və kapital bazarı üzrə Komissiyasının sədri Farial Mostofi bildirib.
O, əlavə edib ki, kredit xətti Çinli investorlara ticarət aparmadan İranda layihələr həyata keçirməyə imkan verəcək.