Ər-Riyad Tehranla danışıqlara gedir – Şərtlər açıqlandı

© REUTERS / DARREN ORNITZSəudiyyə Ərəbistanının xarici işlər üzrə məsul dövlət naziri Adil əl-Cubeyr telefon istifadə edərkən
Səudiyyə Ərəbistanının xarici işlər üzrə məsul dövlət naziri Adil əl-Cubeyr telefon istifadə edərkən - Sputnik Azərbaycan
Abunə olmaq
"Terroru dəstəkləyən üsyançı dövlət kimi deyil, normal bir dövlət kimi davranın. Səudiyyə Ərəbistanı İranla Yəmən haqqında danışmayıb, danışmayacaq da"

BAKI, 2 oktyabr — Sputnik. Səudiyyə Ərəbistanının xarici işlər üzrə məsul dövlət naziri Adil əl-Cubeyr İran hökumətinin sözçüsü Əli Rəbiinin "Səudiyyə Ərəbistanı öz hərəkətlərində səmimiyyətlə dəyişiklik edərsə, görüş tələbini məmnuniyyətlə qarşılayarıq" sözlərinə cavab verib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif - Sputnik Azərbaycan
İran tərəfi Səudiyyə Ərəbistanının başına gətirilən müsibətin detallarını açıqladı

Səudiyyə Ərəbistanının İranla görüş istəməsinə dair bir məktub göndərmədiyini vurğulayan Cubeyr ölkəsinin rəsmi Tehranla bağlı dialoqa dair ilkin şərtlərini "Twitter"də yazıb.

"Terrora dəstək verməyi, xaos, dağıntı siyasətini və Ərəb ölkələrinin daxili işlərinə qarışmağı dayandırın. Kütləvi qırğın silahları və ballistik nüvə proqramlarının inkişaf etdirilməsini dayandırın. Terroru dəstəkləyən üsyançı dövlət kimi deyil, normal bir dövlət kimi davranın. Səudiyyə Ərəbistanı İranla Yəmən haqqında danışmayıb, danışmayacaq da. Yəmən ancaq yəmənlilərin işidir. Yəmən böhranının səbəbi İranın roludur. İrandakı bu rejimin Yəməndə istədiyi ən son şey sülh və dinclikdir", - deyə Cubeyr öz "Twitter" səhifəsində yazıb.

İran tərəfi hələlik Cubeyrin açıqlamalarına bir reaksiya verməyib.

 

Xəbər lenti
0