Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dövriyyədə olan nağd pul yenidən artıb

© Sputnik / Murad OrujovПачка азербайджанских манатов в конверте
Пачка азербайджанских манатов в конверте - Sputnik Azərbaycan
Abunə olmaq
İyul ayı ilə müqayisədə avqustda pul bazası 416,7 milyon manat azalmışdı. 31 iyulda pul bazası 10 milyard 574.3 milyon manata çatmışdı

BAKI, 2 oktyabr — Sputnik. 30 sentyabr 2019-cu il tarixində Azərbaycanda pul bazası 10 milyard 217 milyon 300 min manat təşkil edib.

Çin Xalq Respublikasının sədri Si Cinpin və İran İslam Respublikasının prezidenti Həsən Ruhani  - Sputnik Azərbaycan
Çindən İrana yardım əli – 400 milyard dollar

Sputnik Azərbaycan Mərkəzi Banka istinadla xəbər verir ki, pul bazası avqust ayının sonu ilə müqayisədə sentyabrda 59 milyon 700 min manat artıb.

İyul ayı ilə müqayisədə avqustda pul bazası 416,7 milyon manat azalmışdı. 31 iyulda pul bazası 10 milyard 574.3 milyon manata çatmışdı.

2018-ci ilin sonu ilə müqayisədə isə pul bazası 671 milyon 600 min manat artıb.

Qeyd edək ki, pul bazası dedikdə pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.

Xəbər lenti
0