Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Alimlərdən xəbərdarlıq: qənaət etməklə xəstələnə bilərsiniz

CC0 / jarmoluk / Washing MachineНастройка режима стиральной машины, фото из архива
Настройка режима стиральной машины, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bir müddət əvvəl bəlli olub ki, enterokolitə səbəb olan bakteriyalar üçün ən yaxşı mühit xəstəxanalardır, ona görə də tibb müəssisələrində tez-tez çətin sağalan diareya halları baş verir

BAKI, 30 sentyabr — Sputnik. Müasir paltaryuyan maşınların "qənaət" rejimi insan sağlamlığı üçün təhlükədir, çünki antibiotiklərin təsirinə davamlı olan bakteriyaları məhv etməyə imkan vermir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə MedicalXpress yazır.

Bonn şəhərindəki xəstəxanalardan birinin əməkdaşı alimlərdən tibb müəssisəsində davamlı epidemiyanın səbəblərini tapmağı xahiş etdikdən sonra tədqiqatçılar diqqəti paltaryuyan maşınlara yönəldiblər.

Ət, arxiv şəkli - Sputnik Azərbaycan
YAZARLAR
Babaların yolu bizi məhvə aparır - Nələri dəyişməliyik?

Məlum olub ki, yuyucu toz üçün olan bölmədə və paltaryuyan maşının barabanının rezin hissələrində pnevmoniya törətməyə qadir xeyli sayda bakteriya yığılır.

Alimlər izah ediblər ki, bu bakteriyalar "qənaət" rejimində yuyulma zamanı məhv olmur, onlar bağırsağı zədələyir, sancılar və mədədə digər problemlər yaradır.

Tədqiqatçılar məsləhət görürlər ki, əgər evdə xroniki infeksiya daşıyıcısı və ya sağalmayan yaraları olan insanlar yaşayırlarsa, paltarları "qənaət" rejimində yumayaq.

Bir müddət əvvəl bəlli olub ki, enterokolitə səbəb olan bakteriyalar üçün ən yaxşı mühit xəstəxanalardır, ona görə də tibb müəssisələrində tez-tez çətin sağalan diareya halları baş verir.

Xəbər lenti
0