CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fədayə Laçının cəzası azaldıldı

© Photo : Facebook / fedaye.lacnMüğənni Fədayə Laçın
Müğənni Fədayə Laçın - Sputnik Azərbaycan
Abunə olmaq
2017-ci il oktyabrın 23-də Bakıda məhkumlar - "Qoca" ləqəbli Etibar Məmmədov və Əli Ağaminin qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başladılıb

BAKI, 30 sentyabr — Sputnik. Bakı Apellyasiya Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına köməklik etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.

Fədayə Laçın - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Fədayə xanım həbsxanadan xəstə, yaxud da şikəst çıxsa, o zaman nə olacaq?" - VƏKİL

Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Fədayə Laçının cəzası 2 ilə endirilib.

Bundan başqa, konvoy taborunun komandiri Bəhruz Abdullayevin cəzası 3 ilə, Fuad Hacıyevin cəzası 4 ilə, Günay Atakişiyevanın cəzası 5 ilə endirilib.

Fədayə Laçının vəkili Türkel Süleymanlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müğənninin cəzası 2 ilə endirildiyi üçün o, oktyabrın 23-də azadlığa buraxılacaq.

Qeyd edək ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhkumlar - "Qoca" ləqəbli Etibar Məmmədov və Əli Ağaminin qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunub. Keçirilən əməliyyatla E.Məmmədov məhv edilib, Əli Ağami isə saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti
0