CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Fədayə xanım həbsxanadan xəstə, yaxud da şikəst çıxsa, o zaman nə olacaq?" - VƏKİL

© Photo : APAFədayə Laçın
Fədayə Laçın - Sputnik Azərbaycan
Abunə olmaq
"Belə bir məsəl var ki, cənnətin 8 qapısı var, onun biri hər zaman açıq olur. Bu, tövbə qapısıdır. Allah belə, ən qatı cinayətkar üçün  bir qapını açıq saxlayır" - Türkel Süleymanlı

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 26 sentyabr — Sputnik. "Fədayə Laçının apellyasiya məhkəmə prosesi artıq neçənci dəfədir ki, təxirə salınır.  Biz bundan narazıyıq, ədalətli və mərhəmətli bir qərar gözləyirik. Mövqeyimizdən asılı olmayaraq belə düşünürük ki, məhkəmə tərəfindən Fədayə Laçına mümkün olan ən ağır cəza kəsilib, 5 illik həbs qərarı verilib. Bu isə o deməkdir ki, bir neçə dəfə həbs olunan qatı cinayətkarla Fədayə Laçın arasında heç bir fərq qoyulmayıb. Burada söhbət Fədayə Laçının bu hadisəyədək heç bir məhkumluğunun olmamasından, vətənpərvər və ictimai xadim olmasından deyil, onun qadın olmasından gedir".

Здание Министерства Внутренних Дел Азербайджанской Республики - Sputnik Azərbaycan
HADİSƏ
DİN keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yaydı

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında müğənni Fədayə Laçının vəkili Türkel Süleymanlı deyib. O, 5 illik həbs cəzası verilərkən Fədayə Laçının şəxsiyyətinin nəzərə alınmadığını bildirib: "Qanun deyir ki, cəza təyin edilərkən cinayətkarın şəxsiyyəti də nəzərə alınmalıdır. Artıq 14 ildir ki, Azərbaycan Vəkillər Kollegiyasının üzvüyəm, amma ilk dəfədir ki, apellyasiya məhkəməsinin bu qədər uzandığının şahidiyəm".

"Apellyasiya Məhkəməsi tərəfindən hansısa araşdırma aparılsaydı, əlavə ekspertiza təyin edilsəydi, o zaman bu gecikməni başa düşmək olardı. Amma Apellyasiya Məhkəməsinə müraciət etdiyimizdən bu günədək heç bir araşdırma aparılmadı, məhkəmə istintaqı keçirilmədi. Belə olanda adətən apellyasiya instansiyası 2-3 seansla bitir, ya cəza götürülür, ya da şəxsə bəraət verilir. Bu da olmadıqda cəza artırılır və iş bitir. Apellyasiya Məhkəməsində bir iş bağlandıqdan sonra isə artıq növbəti mərhələyə, yəni Ali Məhkəməyə doğru addımlamaq mümkün olur".

"Belə bir məsəl var ki, cənnətin 8 qapısı var, onun biri hər zaman açıq olur. Bu, tövbə qapısıdır. Allah belə ən qatı cinayətkar üçün bir qapını açıq saxlayır", - deyə vəkil əlavə edib.

T.Süleymanlı Fədayə Laçının səhhəti ilə bağlı da danışıb: "Həbsxana elə bir yerdir ki, hətta sağlam adam da orada xəstə ola bilər. Fədayə Laçın Hepatit C xəstəsidir. O, ağır yataq xəstəsi olmasa da, müsbətə doğru heç bir dəyişiklik yoxdur. Sabah Fədayə xanım həbsxanadan xəstə, yaxud da şikəst çıxsa, o zaman nə olacaq? Cəmiyyətimiz bununla nə qazanacaq?"

Xatırladaq ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İttiham aktına əsasən, 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov - zərərçəkmiş şəxs qismində tanınır. 

Xəbər lenti
0