Belə də olur: cərimə kəsəndə ölkələrin adını səhv saldılar

© REUTERS / Francois LenoirФлаги ЕС
Флаги ЕС - Sputnik Azərbaycan
Abunə olmaq
Sentyabrda AB sanksiya siyahısına Venesuelanın təhlükəsizlik qüvvələri və kəşfiyyat nümayəndələrindən daha yeddisinin soyadını daxil edib

BAKI, 30 sentyabr — Sputnik. Avropa Birliyi (AB) Venesuelanın rəsmi nümayəndələrinə qarşı sanksiya tətbiq etdiyi qərarlarından birində səhv aşkarlayıb. Məlum olub ki, bu ölkənin vitse-prezidenti əvəzinə sənəddə "Venesuela Boliviya Respublikasının vitse-prezidenti" yazılıb.

Санкции против России, фото из архива - Sputnik Azərbaycan
Rusiya əleyhinə sanksiyaların ləğvi təklif olundu

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, AB 2017-ci ilin noyabrında Venesuelaya qarşı sanksiyalar tətbiq edib. 2018-ci ilin iyununda isə siyahıya yeni adlar, o cümlədən Vitse-prezident Delsi Rodriges Qomesin adını əlavə edib. Sənədin fransız variantında Qomes "Venesuela Boliviya Respublikasının vitse-prezidenti" kimi göstərilib.

Səhvi yalnız indi görüblər və sentyabrda AB Şurası sənədə düzəliş edib.

"Səhifə 14, ikinci sütun, qeydiyyat məlumatları. "Venesuela Boliviya Respublikasının vitse-prezidenti" əvəsinə "Venesuela Bolivar Respublikası" oxunmalıdır", - düzəlişdə qeyd olunur.

Həmçinin bildirilir ki, səhv yalnız sənədin bir versiyasındadır, digərləri düzgündür.

Sentyabrda AB sanksiya siyahısına Venesuelanın təhlükəsizlik qüvvələri və kəşfiyyat nümayəndələrindən daha yeddisinin soyadını daxil edib. Beləliklə, Venesuela üzrə AB sanksiyalarına məruz qalan şəxslərin sayı 25 nəfərə çatıb.

Xəbər lenti
0