Rusiya əleyhinə sanksiyaların ləğvi təklif olundu

© CHIP SOMODEVILLA / GETTY IMAGES NORTH AMERICA / AFPСанкции против России, фото из архива
Санкции против России, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bundestaqın energetika və iqtisadiyyat üzrə komitəsinin sədri Klaus Ernest isə vurğulayıb ki, Almaniya Avropa İttifaqı səviyyəsində Rusiyadan maliyyə sanksiyalarının qaldırılmasına nail olmaq imkanlarına malikdir

BAKI, 28 sentyabr — Sputnik. Almaniya parlamentində təmsil olunan bir neçə fraksiyanın nümayəndələri Rusiya əleyhinə sanksiyaların yumşaldılmasını istəyiblər. Bu barədə Sputnik Azərbaycan "RT Deutsch" telekanalına istinadən xəbər verir.

Almaniya Bundestaqında cümə günü "Rusiya əleyhinə sanksiyaların 5 ili – qarşılıqlı blokadadan necə çıxmalı?" adlı konfrans keçirilib.

Raul Kastro - Sputnik Azərbaycan
ABŞ Kastro soyadını sanksiya siyahısına qaytardı

Konfransda çıxış edən Sosial-Demokrat Partiyasının (SPD) üzvü Bernd Vestfal bəyan edib ki, Almaniya rəhbərliyi Fransa Prezidenti Emmanuel Makronun siyasətini dəstəkləməli və Rusiya ilə yaxınlaşmağa başlamalıdır. O qeyd edib ki, beş illik sanksiyalardan sonra "ilk addımı atmaq lazımdır".

Solçu partiyasının digər nümayəndəsi, Bundestaqın energetika və iqtisadiyyat üzrə komitəsinin sədri Klaus Ernest isə vurğulayıb ki, Almaniya Avropa İttifaqı səviyyəsində Rusiyadan maliyyə sanksiyalarının qaldırılmasına nail olmaq imkanlarına malikdir.

Onun fikrincə, Rusiya əleyhinə sanksiyalardan ən çox rəsmi Berlin zərər görüb.

Xristian-Sosial Birliyinin deputatı, parlamentin iqtisadi əməkdaşlıq və inkişaf üzrə komitəsinin sədri Peter Ramzauer Rusiya əleyhinə sanksiyaların mərhələli və tez bir zamanda ləğv edilməsini təklif edib.

Xəbər lenti
0