BAKI, 29 sentyabr — Sputnik. Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub, 11 yaşlı qız ölüb.
Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, ümumi sahəsi 30 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər 2008-ci il təvəllüdlü Ələkbərova Firuzə Qabil qızının yanmış meyitini aşkar ediblər.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.