BAKI, 27 sentyabr — Sputnik. Bu gün kişilərdən ibarət milli həndbol komandasının və "Məhsul" klubunun baş məşqçisi Hikmət Abdullayev 63 yaşında dünyasını dəyişib.
Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycanın Fəxri bədən tərbiyəsi və idman işçisi ürək xəstəliyindən vəfat edib. Mərhum bu gün Yasamal qəbiristanlığında dəfn olunacaq.