Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Prezident Aydın İbrahimovla bağlı sərəncam imzaladı

Abunə olmaq
SSRİ güləş üzrə əməkdar idman ustası və əməkdar məşqçisi olan Aydın İbrahimov 1988-1997-ci illərdə "Neftçi" PFK-nın ilk prezidenti olub

BAKI, 27 sentyabr — Sputnik. Prezident İlham Əliyev Aydın İbrahimova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Aydın Əli oğlu İbrahimova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

SSRİ güləş üzrə əməkdar idman ustası və əməkdar məşqçisi olan Aydın İbrahimov 1988-1997-ci illərdə "Neftçi" PFK-nın ilk prezidenti olub.

Xəbər lenti
0