“Avropalılara inanmaq lazım deyil” – Xamenei

© © AFP PHOTO / HO / KHAMENEI.IRİranın ali dini lideri Əli Xamenei
İranın ali dini lideri Əli Xamenei - Sputnik Azərbaycan
Abunə olmaq
Avropalıların vasitəçilik rolunda çıxış etməsinə baxmayaraq, əslində "onlar uzun söhbətlər edirlər, lakin onların bütün sözləri absurddur

BAKI, 26 sentyabr — Sputnik. İranın ali dini lideri Əli Xamenei bəyan edib ki, Avropa ABŞ-ın sanksiyalarına riayət edir və Tehran nüvə razılaşması ilə bağlı avropalılara ümid bəsləməməlidir.

Zaur Məmmədov - Sputnik Azərbaycan
İran yeni nüvə sazişinə imza atacaqmı - politoloq danışır

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə məlumat İranın ali dini liderinin rəsmi saytında yerləşdirilib.

"Verdikləri sözə baxmayaraq, reallıqda avropalılar ABŞ sanksiyalarına riayət edirlər, onlar heç bir addım atmayıblar və şübhələnirəm ki, heç etməyəcəklər də. Bununla əlaqədar avropalılara ümid etməyi tamamilə dayandırmaq lazımdır", - deyə Xamenei bildirib.

O əlavə edib ki, avropalıların vasitəçilik rolunda çıxış etməsinə baxmayaraq əslində "onlar uzun söhbətlər edirlər, lakin onların bütün sözləri absurddur".

Xəbər lenti
0