ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Boris Jonsonun İranla yeni müqavilə təklifini alqşılayır.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Britaniya baş nazirinin belə fikir səsləndirməsi ABŞ-ın onu dəstəklədiyini göstərir: “Yeni sazişdə məqsəd əvvəlki səhvləri təkrarlamamaq və əvvəlki şərtləri başqa formada İrana təqdim etməkdir. Tehranın bu sazişlə razılaşacağı hələlik bəlli deyil. Həmçinin sazişin imzalanması üçün digər ölkələrin də razılığı olmalıdır. Bütün bunlar göstərir ki, Boltonun istefasından sonra ABŞ-ın İrana qarşı mövqeyi bir qədər yumşalıb”
Qeyd edək ki, öncə B.Jonson "Sky News" telekanalına verdiyi müsahibədə İran ilə yeni bir beynəlxalq müqaviləyə ehtiyac olduğunu söyləyib.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz