CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vəkillər Kollegiyası Adil İsmayılovla bağlı qərarını ləğv etdi

© Photo : REPORTVəkillər Kollegiyası
Vəkillər Kollegiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Vəkillər Kollegiyası Rəyasət Heyətinin sentyabrın 9-da keçirilən iclasında Adil İsmayılovun vəkillik fəaliyyətinin intizam icraatı çərçivəsində bir il müddətinə dayandırılması barədə qərar qəbul edilmişdi

BAKI, 24 sentyabr — Sputnik. Adil İsmayılovun vəkillik fəaliyyətinin bir il müddətinə dayandırılması barədə qərar ləğv edilib.

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, bu barədə Adil İsmayılov "Facebook" səhifəsində məlumat verib.

Банкомат в Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Vəkillərə ödənişlər nağdsız formada olacaq

"Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir il müddətinə vəkillik fəaliyyətimin dayandırılması barədə özünün 9 sentyabr 2019-cu il tarixli qərarını ləgv etdi", - deyə vəkil bildirib.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sentyabrın 9-da keçirilən iclasında Adil İsmayılovun vəkillik fəaliyyətinin intizam icraatı çərçivəsində bir il müddətinə dayandırılması barədə qərar qəbul edilmişdi.

Adil İsmayılovun cəzalandırılmasına bir neçə həmkarının şikayəti səbəb olmuşdu. Şikayətdə Adil İsmayılovun sosial şəbəkədə Vəkillər Kollegiyası üzvlərinin ünvanına xoşagəlməz ifadələr işlətməsi qeyd olunub.

Xəbər lenti
0