CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vəkillərə ödənişlər nağdsız formada olacaq

© Sputnik / Anar MustafayevБанкомат в Баку, фото из архива
Банкомат в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Nağdsız hesablaşmaların cari ilin oktyabr ayının 1-dən etibarən tətbiq edilməsi qərara alınıb

BAKI, 29 iyun — Sputnik. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Vəkillər Kollegiyasından Sputnik Azərbaycan-a bildiriblər ki, iclasda "Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilməli olan xidmət haqqının nağdsız formada ödənilməsi barədə" Qaydalar təsdiq edilib. Nağdsız hesablaşmaların cari ilin oktyabr ayının 1-dən etibarən tətbiq edilməsi qərara alınıb.

Bundan əlavə, iclasda vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillərə 30 iyul 2019-cu il tarixdə, Azərbaycan vəkilliyinin 100 illiyinin təntənəli qeyd olunması ilə bağlı vətəndaşlara pulsuz hüquqi yardımın göstərilməsi, aztəminatlı ailələrə və sosial təyinatlı obyektlərə baş çəkilməsi tövsiyə edilib.

Xəbər lenti
0