CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hədiyyə mesajları pullarınızı oğurlayır - "Azərpoçt"dan xəbərdarlıq

© AFP 2024 / ROSLAN RAHMANSMS yazan adam, arxiv şəkli
SMS yazan adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mesajda yazılanları icra edən vətəndaşlardan bank kartının nömrəsi tələb olunur. Müəyyən məbləğ ödədikdən sonra hədiyyəsini ala biləcəyi qeyd edilir

BAKI, 24 sentyabr — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" ölkə vətəndaşlarına müraciət edib. Sputnik Azərbaycan-a bu barədə Nazirlikdən verilən məlumatda bildirilir: "Son zamanlar "Azərpoçt"un loqosu ilə qurumun adından vətəndaşların mobil telefonlarına saxta mesajlar daxil olur.

Мобильный телефон в кармане брюк, фото из архива - Sputnik Azərbaycan
Telefonla bağlı bu səhvə yol verməyin: Bunu hər kəs edir
 Mesajların mövzusu təxminən belədir: "Təbriklər, "Azərpoçt" istifadəçiləri. Daxil olduğunuz üçün təşəkkür edirik! Yeni "Samsung Galaxy 10" cihazını qazanmaq üçün sizə daha bir şans veririk. Tək edəcəyiniz - düzgün hədiyyə qutusunu seçməkdir".

Mesajda yazılanları icra edən vətəndaşlardan bank kartının nömrəsi tələb olunur. Müəyyən məbləğ ödədikdən sonra hədiyyəsini ala biləcəyi qeyd edilir. Beləliklə, mesajda yazılanlara aldanan vətəndaşların bank kartlarında olan hesablarındakı vəsait mənimsənilir.

NRYTN yanında Elektron Təhlükəsizlik Xidməti bu cür hallarla rastlaşan vətəndaşların nəzərinə çatdırır ki, internetdən istifadə zamanı veb brauzeriniz sizi başqa bir sayta yönləndirirsə, bu, o deməkdir ki, sizin mobil qurğu və ya kompüter zərərli proqramla (adware) yoluxub. Bu halda telefonunuza həmin saytdan arzuolunmaz "pop-up" reklamlar gəlir, eyni zamanda, zərərli proqramlar yüklənir. Bundan başqa, qarşınıza çıxan reklam banerində "Əgər 18+ yaşınız varsa, kliklə" mesajı ilə bu saytdakı bildirişlərə abunə olmağınız istənilir. Əgər "İcazə ver" düyməsini "klik"ləsəniz, brauzerinizin bağlı olmasına baxmayaraq, saxta "pop-up" reklamları mobil qurğunuzun ekranında və ya kompüterinizin işçi masasında (desktop) görünməyə başlayacaq. Bu tip veb-saytlar istifadəçinin internet brauzerindən IP ünvanı, veb-brauzerinin versiyası, istifadəçinin ölkəsi və s. kimi müxtəlif məlumatları oxuyur.

Azərbaycan Respublikasının Hesablama Palatası - Sputnik Azərbaycan
CƏMİYYƏT
Hesablama Palatası "Azərpoçt"la bağlı açıqlama yaydı

Məqsəd böyük məbləğli pullar və ya uduşlar vəd edərək istifadəçiləri aldatmaqdır. Problemin həll olunması üçün "Windows" idarəetmə panelindən istifadə edərək, son yüklənilən zərərli (xəbəriniz olmadan) proqramları kompüterinizdən təmizləmək, "Chrome" və ya digər brauzerlərin tənzimləmələr bölməsindən həmin resursdan olan uzantıları (extension) silmək tələb olunur. Brauzerinizdəki uzantılardan hansının zərərli olduğunu bilmədiyiniz halda, bütün uzantıları silməyiniz tövsiyə olunur. Mobil telefonunuzu və ya kompüterinizi etibarlı (lisenziyalı) antivirus proqramı ilə yoxlayın (skan edin) və viruslardan təmizləyin.

"Azərpoçt" və ETX məsələ ilə bağlı araşdırmaları davam etdirir. Belə hallarla qarşılaşan vətəndaşların nəzərinə çatdırırıq ki, mobil telefonlara göndərilən bu cür saxta mesajların quruma heç bir aidiyyəti yoxdur.

İstər dövlət, istərsə də özəl qurumlar mütəmadi olaraq belə xoşagəlməz hallarla qarşılaşırlar. Ona görə də vətəndaşlardan diqqətli olmalarını xahiş edirik".

Xəbər lenti
0