CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hesablama Palatası "Azərpoçt"la bağlı açıqlama yaydı

© Photo : REPORTAzərbaycan Respublikasının Hesablama Palatası
Azərbaycan Respublikasının Hesablama Palatası - Sputnik Azərbaycan
Abunə olmaq
Hal-hazırda "Azərpoçt" MMC-də audit aparılmır

BAKI, 9 iyul — Sputnik. Azərbaycan Respublikası Hesablama Palatası "Azərpoçt" MMC-də audit aparılması məsələsinə münasibət bildirib.

Отдыхающие на одном из бакинских пляжей, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yeni yoxlama başlandı - Çimərliklər pulsuz olmalıdır

Hesablama Palatasının mətbuat katibi Nailə Məhərrəmova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Hesablama Palatasının "Azərpoçt" MMC-də audinəzarət tədbiri aparması barədə yayılan informasiya həqiqəti əks etdirmir: "Hesablama Palatası mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyətini özünün təsdiq edilmiş iş planına müvafiq şəkildə təşkil edir. Hesablama Palatası hal-hazırda "Azərpoçt" MMC-də audit aparmır".

Qeyd edək ki, ötən gün bəzi elektron informasiya portallarında Hesablama Palatasının milli poçt operatoru olan "Azərpoçt" MMC-də yoxlamalara başladığı, təxminən bir həftədir başlayan yoxlamaların həm "Azərpoçt" MMC-nin özündə, həm də poçt filialı və şöbələrində həyata keçirildiyi barədə məlumat yayılıb. Məlumatda bildirilir ki, yoxlamalarda məqsəd dövlət büdcəsinin gəlirlərinin hesablanması və ödənilməsinin, dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğunun auditidir.

Xəbər lenti
0