Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakıda Dünya Çempionatının bağlanış mərasimi oldu

© Facebook / Aliya PashayevaГрупповая команда Азербайджана по художественной гимнастике
Групповая команда Азербайджана по художественной гимнастике - Sputnik Azərbaycan
Abunə olmaq
Mərasimdə Azərbaycan, Ukrayna və Bolqarıstanın qrup hərəkətləri komandaları, həmçinin gimnastımız Veronika Qudis kompozisiyalarını təqdim ediblər

BAKI, 22 sentyabr — Sputnik. Sentyabrın 22-də Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının təntənəli bağlanış mərasimi olub.

Sputnik Azərbaycan xəbər verir ki, mərasimdə Azərbaycan, Ukrayna və Bolqarıstanın qrup hərəkətləri komandaları, həmçinin gimnastımız Veronika Qudis kompozisiyalarını təqdim ediblər.

Bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimi - Sputnik Azərbaycan
FOTO
Bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimi

Tədbirdə rəqqaslarımız və nağaraçıların şousu tamaşaçıların böyük coşğusu ilə qarşılanıb.

On dörd ildən sonra ölkəmizin bədii gimnastika üzrə dünya çempionatına yüksək səviyyədə ev sahibliyi etdiyini bildirən Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib: “Yüksək rəqabət şəraitində keçən çempionatda gimnastların maraqlı çıxışlarını izlədik. “Tokio 2020” Yay Olimpiya Oyunları öncəsi Bakıda təşkil olunan lisenziya xarakterli dünya çempionatı böyük önəm daşıyırdı. Artıq idmançıların həyəcanı geridə qaldı. Dünya çempionatı cari il ölkəmizdə gimnastika üzrə keçirilən sonuncu beynəlxalq turnir idi. Növbəti irimiqyaslı yarışlarda görüşənədək”.

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti Morinari Vatanabe deyib: “Nağıllar – hətta ən yaxşıları belə bitməlidir. Bir həftəlik yarışlardan sonra nağıl kitabımızı bağlamaq vaxtıdır. Bütün gimnastları gözəl çıxışlarına görə təbrik edirəm. Nağıl bəzi gimnastlar üçün “Tokio 2020” Yay Olimpiya Oyunlarında davam edəcək”.

“Azərbaycan Gimnastika Federasiyası və dünya çempionatının yerli Təşkilat Komitəsinin üzvlərinə yüksək səviyyəli təşkilatçılığa görə minnətdarlığımı bildirirəm. Həmçinin gələcək nəslə gimnastika məşəlini ötürməyə kömək edən dünya çempionatının rəsmi səfiri Yana Batırşinaya da təşəkkürümü çatdırıram. Növbəti il Olimpiya Oyunlarının möcüzəsini yaşadan daha bir nağılı dinləmək üçün hamınızı Tokioda yenidən görməyə şad olarıq”, -deyə FIG-in prezidenti əlavə edib.

Nurlana Məmmədzadə - Sputnik Azərbaycan
Gimnastika Federasiyasının baş katibi dünya çempionatına hazırlıqlardan danışır

Sonra M.Vatanabe bədii gimnastika üzrə 37-ci dünya çempionatını bağlı elan edib.

Gənc gimnastımız Ceyla Əlizadə FIG-in bayrağını İ.İsmayılova təqdim edib. Gənclər və idman nazirinin müavini bayrağı M.Vatanabeyə verib. FIG-in prezidenti isə bayrağı dəfələrlə Avropa və dünya çempionu olan, “Atlanta 1996” Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Y.Batırşinaya ötürüb.

Sonda dünya çempionatının ulduz səfiri, Azərbaycanın sevilən müğənnisi, Əməkdar artist Miri Yusif məhz bu yarış üçün xüsusi yazılmış “Birinci ol” mahnısını ifa edib.

“Nağıllar gerçəkləşəcək” devizi altında təşkil olunan dünya çempionatında 61 ölkədən 300-dən artıq gimnast iştirak edib. Gimnastlar çempionatda 9 dəst medal uğrunda mübarizə aparıblar. Azərbaycan gimnastı Z.Ağamirova və qrup hərəkətləri komandamız çoxnövçülük yarışlarında “Tokio 2020” vəsiqə qazanıblar.

 

Xəbər lenti
0