Müdhiş ssenari: Dron hücumundan regional müharibəyə

© REUTERS / Rodi SaidABŞ hərbçiləri Türkiyə-Suriya sərhəddində
ABŞ hərbçiləri Türkiyə-Suriya sərhəddində - Sputnik Azərbaycan
Abunə olmaq
Esper: "ABŞ İran ilə qarşıdurma niyyətində deyil, ancaq bununla bərabər, lazım olduğu təqdirdə bütün hərbi variantlarımız da mövcuddur"

BAKI, 21 sentyabr - Sputnik. Ağ Evdə Səudiyyə Ərəbistanın neft zavodlarına hücum ilə bağlı milli təhlükəsizlik toplantısı keçirilib.

Sputnik Azərbaycan “Anadolu” agentliyinə istinadla xəbər verir ki, toplantıdan sonra ABŞ Müdafiə naziri Mark Esper, ABŞ-ın Baş Qərargah rəisi, ordu generalı Cozef Danford birgə mətbuat konfransı keçirib.

Hücumun regionda gərginliyi faciəvi bir şəkildə artırdığına diqqət çəkən Esper, "Bütün əlamətlər təcavüzdən İranın məsuliyyət daşıdığını göstərir" deyib.

Бурение первой нефтяной скважины на Биби-Эйбате - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Dron hücumu ABŞ-la Çini geri plana atdı: Azərbaycan neft bazarından nə gözləsin?

Esper bildirib ki, digər mümkün hücumların qarşısını almaq, kritik infrastrukturlarını qorumağa kğmək etmək üçün Səudiyyə Ərəbistanı beynəlxalq dəstək tələb edib. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də ayrıca yardım tələb edib. ABŞ Prezidenti Donald Tramp xüsusilə də hava və raketdən müdafiə məqsəd ilə ABŞ qüvvələrinin bölgəyə yerləşdirilməsinə razılıq verib. Eyni zamanda Səudiyyə Ərəbistanı və BƏƏ-yə özlərinin müdafiə qabiliyyətlərini inkişaf etdirmək üçün avadanlıq tədarükünü sürətləndirəcəyik".

"Prezidentin də ifadə etdiyi kimi, ABŞ İran ilə qarşıdurma niyyətində deyil, ancaq bununla bərabər, lazım olduğu təqdirdə bütün hərbi variantlarımız da mövcuddur" - Müdafiə naziri diqqətə çatdırıb.

Esper eyni zamanda İran rəhbərliyini münaqişəni qoyub diplomatiyaya dönməyə çağırıb. O, onu da deyib ki, bu, hücumlara qarşılıq olaraq atılan ilk addımdır.

Cozef Danford isə göndəriləcək qüvvələrin əsasən müdafiə məqsədli olacağını, ancaq hələ ki, detalların aydın olmadığını açıqlayıb.
Göndəriləcək qüvvənin başlıca olaraq hava müdafiəsi ilə əlaqəli olacağını bildirən Danford, əsgər sayı ilə bağlı suala isə "Orta səviyyəli bir qüvvə" - deyə cavab verib. Göndəriləcək əsgər sayı minlərlə ola bilərmi sualına general, "Minlərlə deyil" cavabını verib.

Пожарные в Мосуле - Sputnik Azərbaycan
Neft zavodlarını dronlarla vurdular - VİDEO

Xatırladaq ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının Əbqaik və Xurays bölgələrində "Saudi Aramco" dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin "Ənsar Allah" hərəkatı öz üzərinə götürüb. Hücum 10 pilotsuz təyyarə ilə həyata keçirilib. Hücumdan sonra hər iki zavodda güclü yanğın başlayıb. Səudiyyə Ərəbistanı yanğının söndürüldüyünü açıqlayıb.

Neft emalı zavodlarındakı partlayış nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb və bu da şirkətin hasilatının 50 faizinə bərabərdir. Bu itki anbarlardakı ehtiyatlar hesabına kompensasiya edilir. Eyni zamanda neft emalı zavodlarındakı yanğın qaz hasilatını da sutkada 2 milyard kub fut həcmində azaldıb. Bu həcmdə qaz 700 min barel sıxılmış maye qazın istehsalında istifadə edilir. Bununla da ölkənin etan və sıxılmış maye qaz ehtiyatları yarıya qədər azalıb.

Hücuma görə məsuliyyəti Yəmənin üsyançı husiləri öz üzərilərinə götürsələr də, ABŞ husilərin iştirakını şübhə altına alıb və baş verənlərə görə İran hakimiyyətini ittiham edib. Tehran isə bu iddiaları rədd edir.

Xəbər lenti
0