Neft zavodlarını dronlarla vurdular - VİDEO

© AP Photo / Maya AlleruzzoПожарные в Мосуле
Пожарные в Мосуле - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyanın ən iri neft ixracatçısına bu tip hücumlar onunla izah edilir ki, Səudiyyənin neft nəhəngi ARAMCO bu il aksiyaların ilkin publik yerləşdirilmə planını sürətləndirib

BAKI, 14 sentyabr — Sputnik. Səudiyyə Ərəbistanında iki neft zavoduna hücum olub.

Sputnik Azərbaycan Reuters-ə istinadən bildirir ki, Abkayk və Xuraisdə yerləşən ARAMCO-ya məxsus zavodlara hücumu "Yəmənin İranda yerləşən husilər qrupu" pilotsuz uçan aparatlarla təşkil ediblər. 

Səudiyyə Ərəbistanı bəyan edib ki, güclü yanğını nəzarət altına ala bilib. Amma bunun neft istehsalı və ixracına necə təsir edəcəyini şərh etməyib. Dövlət televiziyası ixracın davam etdiyini bildirib.

​Dünyanın ən iri neft ixracatçısına bu tip hücumlar onunla izah edilir ki, Səudiyyənin neft nəhəngi ARAMCO bu il aksiyaların ilkin publik yerləşdirilmə planını sürətləndirib. 

2015-ci ildə Yəməndə husilərə qarşı çıxan, sünni müsəlman dövlətləri koalisiyasına başçılıq edən Səudiyyə Ərəbistanı regiondakı rəqibi olan İranı öncəki hücumlarda günahlandırıb. Rəsmi Tehran isə bunu təkzib edib. Ər-Riyad həmçinin İranı husilərin silahlanmasında da təqsirli bilir. Bu iddianı da həm husilər, həm də İran yalanlayıblar.

Xəbər lenti
0