Türkiyə Rusiyanın yeni qırıcılarla bağlı təklifini nəzərdən keçirəcək

© Sputnik / Evgeniy Biyatov / Mediabanka keçidBeşinci nəsil qırıcı təyyarələri Su-57, arxiv şəkli
Beşinci nəsil qırıcı təyyarələri Su-57, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu mövzu hələ olduqca yenidir. Təklif var. Onlar dedilər ki, "təyyarələrimizə baxın. Bu təklifləri nəzərdən keçirmək lazımdır"

BAKI, 20 sentyabr — Sputnik. Türkiyə Rusiyanın ən yeni qırıcıların tədarükünə dair təklifini nəzərdən keçirəcək. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Dövlət Başçısı Vladimir Putin 14-cü MAKS-2019 beynəlxalq hava sərgisində - Sputnik Azərbaycan
Vəziyyət yenə qarışacaq: Ərdoğan "Su-35" və "Su-57" təyyarələrinə göz dikib

"Ruslar öz məhsullarını İstanbulda "Teknofest" festivalında göstərmək istədilər. Bu mövzu hələ olduqca yenidir. Təklif var. Onlar dedilər ki, "təyyarələrimizə baxın. Bu təklifləri nəzərdən keçirmək lazımdır", - deyə Dəmir vurğulayıb.

Qeyd edək ki, avqustun 27-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə birgə "MAKS – 2019" aviasərgisinə qatılıb. Vurğulanır ki, Türkiyə prezidenti Rusiya istehsalı olan "Su-35" və "Su-57" qırıcıları ilə maraqlanıb və prezidentlər bu mövzuya danışıqlar zamanı da toxunublar. Ərdoğan bəyan edib ki, Türkiyə və Rusiya "Su-57"nin tədarükü ilə bağlı danışıqlar aparır.

Xəbər lenti
0