BAKI, 20 sentyabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan cümə günü ölkənin Milli Təhlükəsizlik Xidmətinin (MTX) aparat üzvləri ilə qapalı iclas keçirib.
Sputnik Ermənistan xəbər verir ki, görüş zamanı Baş nazir MTX sədrinin səlahiyyətlərini müvəqqəti icra edən Eduard Martirosyanı təqdim edib.
"Cənab Martirosyan öz bütün əmək fəaliyyətini MTX-da həyata keçirib", - deyə Paşinyan vurğulayıb.
O qeyd edib ki, MTX formalaşmış institutdur, lakin daima inkişaf etmək lazımdır.
Xatırladaq ki, sentyabrın 16-da Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan istefaya göndərilib.