Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Canlı əfsanəmiz yenidən əməliyyat masasına uzanacaq

© Photo : REPORTXalq artisti Arif Babayev
Xalq artisti Arif Babayev - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, bundan əvvəl 81 yaşlı A.Babayev Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birində əməliyyat olunub

BAKI, 20 sentyabr — Sputnik. "Dizlərimdə bir az ağrılar var idi, sonradan həkimlər müəyyən etdilər ki, qığırdaqlarda yeyilmələr olub".

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bunu hazırda Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birində müalicə olunan Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev deyib.

Fidan Hacıyeva, arxiv şəkli - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Xalq artistimiz məktəb direktoru oldu

Xalq artisti bildirib ki, diz qapağında yaranan ağrılardan sonra həkimə müraciət edib: "Yəqin ki, bu da yaşla əlaqədardır. Ona görə də işdən icazə alıb bura gəlmişəm. Hazırda müalicələrim davam etdirilir, həkimin yazdığı dərmanları da qəbul edirəm. Ən əsası odur ki, uğurlu əməliyyat keçirmişəm. Mənim üçün narahat olan hər kəsə təşəkkürümü bildirirəm və narahat olmasınlar deyirəm. Hər şey yaxşıdır, qaydasındadır. Şükür Allaha ki, hələ ayaqüstəyəm. Təxminən 4-5 günə Bakıya qayıdacağam".

Xalq artisti bir müddət keçəndən sonra təkrar əməliyyat olunacağını bildirib.

Qeyd edək ki, bundan əvvəl 81 yaşlı A.Babayev Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birində əməliyyat olunub.

Xəbər lenti
0