CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qonşudakı bəla bizim bəlamız ola bilər - Təhlükə qapıya dirənib

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidXəstəxana, arxiv şəkli
Xəstəxana, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yüksək temperatur, qusma, ishal, ürəkbulanma halları müşahidə edilən şəxslər yoxlanmadan ölkəyə buraxılmamalıdır

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 19 sentyabr — Sputnik. İranda "Krım-Konqo" qızdırmasına yoluxanların sayı 90-nı keçib. İran rəsmiləri bunu İranın şərq sərhədlərində qanunsuz heyvan qaçaqmalçılığı ilə izah edərək, qaçaqmalçılığın Sistan və Bəlucistan vilayətlərində xəstəliyin artmasına səbəb olduğunu bildiriblər.

Statistikaya əsasən, cari ildə bu qızdırma nəticəsində 10 nəfər həyatını itirib.

İranın qonşumuz olduğu nəzərə alınsa, bu xəstəliyin yayılması və ölüm hallarının artması Azərbaycan üçün də təhlükəlidir.

Heyvandarlıq təsərrüfatı, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ciddi xəstəlik yayılıb: Buraxılmış səhv kütləvi tələfata səbəb ola bilər

Bəs "Krım-Konqo" qızdırma xəstəliyi Azərbaycanda yayıla bilərmi?

Həkim terapevt Məlahət Abbasova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Krım-Konqo" qızdırması enterevirusdur. Yəni virus mənşəli xəstəlikdir və əsasən mədə-bağırsaq sistemini zədələyir. Xəstəlik əsasən hava damcı yolu və qida ilə yoluxur.

"Krım-Konqo” çox yüksək temperaturla başlayır. Xəstə özünü halsız hiss edir. Əzələlərdə ağrı, sümüklərdə sınma hissi, ağızda, əlin içində, başda, sinədə səpkilər müşahidə edilir", – deyə həkim əlavə edib.

Onun sözlərinə görə, xəstəlik çox ağır şəkildə keçsə də, tam sağalma mümkündür. İmmun sistemi möhkəm olan insanlar xəstəlikdən sağala bilirlər. İmmun sistem möhkəm olduğu zaman limfasitlər daha aktiv olur və virusu zərərsizləşdirmək qabiliyyətinə malik ola bilirlər.

"Xəstəlik 7-10 gün ərzində keçir. Xəstə sağaldıqdan 3 gün sonra da kimisə yoluxdura bilər. Belə xəstə ilə ünsiyyətdə olduqda sanitar gigiyena qaydalarına əməl edilməlidir. Əllər yuyulmalı, qida yuyulmalı, qaynanmış su içməli, tərəvəz yeyən zaman onu isti su ilə yaxalamaq lazımdır. Otağın havası tez-tez dəyişdirilməli, xəstə ilə eyni otaqda qalmamalı, xəstənin istifadə etdiyi qablardan istifadə edilməməlidir. Çünki xəstəlik yoluxmuş şəxsin əşyaları vasitəsilə də yayıla bilər. Xəstəlik qığılcım kimidir və xəstəliyin mənbəyindən yayılma ehtimalı böyükdür", -  deyə Abbasova vurğulayıb.

Həkimin sözlərinə görə, xəstəlik uşaqlarda daha ağır keçir. Böyüklər isə çox az halda bu xəstəliyə yoluxurlar: "Ümumi respirator əlamətlərlə yanaşı uşaqlarda mədə-bağırsağın pozulması da müşahidə edilir. Çünki virus mədə-bağırsaqda yaranır. Uşaqlarda gün ərzində 7-8 dəfə ishal və qusma müşahidə edilir".

Həkim bildirir ki, “Krım-Konqo” daha çox isti ölkələrdə olur. İran və Türkiyə ilə sıx təmas olduğu üçün bu xəstəliyin Azərbaycana keçməsi mümkündür. Xəstəlik həm hava damcı yoluyla yoluxmuş insanlar, həm də bu ölkələrdən gətirilən qidalarla insanlara yoluxa bilər.

Laboratoriya, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Bu qorxunc xəstəlik Azərbaycanda da ölümlərə səbəb olur

"Vətəndaşlar bunu nəzərə almalıdır. Sərhəd keçidlərinə sanitar gigiyenik qaydalara yetərincə nəzarət olsa, xəstəliyin yayılmasının qarşısını almaq olar. Yüksək temperatur, qusma, ishal, ürəkbulanma halları müşahidə edilən şəxslər yoxlanmadan ölkəyə buraxılmamalıdır, yaxud nəzarətə götürülməlidirlər", -  o, deyib.

Bununla yanaşı, həkim bildirib ki, xarici ölkələrdən gətirilən qidaları qəbul etməzdən əvvəl isti su ilə yumaq lazımdır: "Bu virusdan başqa viruslara da yoluxmaq mümkündür. Bu səbəbdən də xaricdən gətirilən bütün qidalar termiki yuyulmalıdır".

Xəbər lenti
0