Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinə uğursuz başladı

© Sputnik / Murad Orujov "Qarabağ" klubu "Sevilya" komandası ilə görüşüb
 Qarabağ klubu Sevilya komandası ilə görüşüb - Sputnik Azərbaycan
Abunə olmaq
Ağdamın "Qarabağ" klubu UEFA Avropa Liqasının qrup mərhələsindəki ilk qarşılaşmasındakı çıxışında ümidləri doğrultmayıb

BAKI, 19 sentyabr - Sputnik. UEFA Avropa Liqasında qrup mərhələsinə start verilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycanın "Qarabağ" klubu bu gün ilk oyununa çıxıb. 

"Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda İspaniyanın "Sevilya" komandasını qəbul edib. Görüşün ilk yarısında qapılara top vurulmayıb - 0:0.

İkinci hissədə "Sevilya" hesabı açıb. 62-ci dəqiqədə Ernandes fərqlənib - 0:1. 78-ci dəqiqədə Munir hesab arasındakı fərqi artırıb - 0:2. 85-ci dəqiqədə isə Oliver Torres hesabı biabırçı həddə çatdırıb - 0:3. 

Oyun bu hesabla başa çatıb.

Xəbər lenti
0