BAKI, 15 dek — Sputnik. İspaniyaya məxsus "Patriot" hava hücumundan müdafiə sisteminin Türkiyədə qalma müddəti 2017-ci il yanvarın 25-dək uzadılıb.
Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq məlumat verib.
Xəbərə görə, Türkiyənin alyansa müraciəti əsasında "Patriot"un Türkiyə ərazisində qalmasının vaxtı uzadılıb.
"Patriot" müdafiə sistemi 2013-cü ilin fevralında Türkiyənin Gaziantep, Şanlıurfa və Adana əyalətlərində qurulub.