Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Futbol mütəxəssisləri "Qarabağ"ın şansı barədə - Hamı nikbindir

© Sputnik / Murad OrujovМатч квалификационного раунда плей-офф Лиги Европы по футболу между азербайджанским "Карабахом" и североирландским "Линфилдом"
Матч квалификационного раунда плей-офф Лиги Европы по футболу между азербайджанским Карабахом и североирландским Линфилдом - Sputnik Azərbaycan
Abunə olmaq
"Qarabağ" "Sevilya" ilə qarşılaşmaya heç bir təzyiq olmadan çıxmalıdır. Azarkeşlər də ""Sevilya"dan mütləq xal alınmalıdır" tələbi ilə komandaya əlavə təzyiq yaratmamalıdırlar

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 19 sentyabr — Sputnik. Bu gün Avropa Liqasının qrup mərhələsinin 1-ci turu start götürür. Qrup çərçivəsində Azərbaycanın yeganə təmsilçisi "Qarabağ" İspaniyanın "Sevilya" klubunu qəbul edəcək. Avroliqanın rekordçusuna qarşı komandamızın şanslarını dəyərləndirmək üçün futbol mütəxəssisləri ilə əlaqə saxladıq.

Qarabağ - Dundalk matçı - Sputnik Azərbaycan
İDMAN
“Qarabağ” Avroliqanın beşqat qalibinə qarşı

Gündüz Abbaszadə, "CBC Sport" kanalının şərhçisi: "Düşünürəm ki, "Qarabağ" qrupa vəsiqə qazanmaqla artıq özünün ənənə halına çevirdiyi standartı, minimum tapşırığı yerinə yetirdi. Bugünkü oyuna gəldikdə, rəqib "Sevilya"dır. Əlavə şərhə ehtiyac yoxdur. Bu tip rəqibin olması "Qarabağ" üzərində basqı yaratmır. Çünki komandamızdan qələbə tələb etmək sadəlövhlük olardı. Futbolu anlayan və bilən hər bir şəxs komandalar arasındakı səviyyə fərqini çox gözəl bilir. Hazırda İspaniya çempionatının liderindən danışırıq. Rəqibimiz "Barselona", "Real" Madrid, "Atletiko"nun olduğu çempionatda 4-cü turdan sonra liderdir. Əgər "Qarabağ" bu gün heç-heçə edərsə, bu, böyük bir nəticə hesab olunacaq. Məğlub olacağı təqdirdə Azərbaycan təmsilçisini qınamaq yersiz olardı. "Qarabağ"ın qrupdakı əsas oyunları "APOEL" və "Düdelanj"a qarşı olacaq. Püşkatmadan sonra komandanın qrupdan çıxacağı ümidləri yaranıb. "Sevilya" ilə oyunda qazanılacaq bir xal komandamıza əlavə motivasiya olacaq. Təəssüf ki, Mahir Emreli heyətdə olmayacaq. Futbolçu Avropa menecerlərinin diqqətindədir. "Sevilya" ilə oyunda ona xüsusi diqqət yetirəcəkdilər. "Sevilya" Bakıya tam heyətlə gəlməsi qələbəyə iddialı olmasından xəbər verir. İndiki halda rəqibin uzun məsafə qət etməsi xüsusi üstünlükdür. Rəqibin adı səbəbindən bu gün stadionda daha çox azarkeş olacaq. Amma bildirmək istərdim ki, "APOEL" və "Düdelanj"la oyunda 12-ci oyunçuya daha çox ehtiyac olacaq. Odur ki, azarkeşləri həmin oyunlara səsləyirəm".

Qarabağ FK-nın futbolçuları, arxiv şəkli - Sputnik Azərbaycan
İDMAN
"Qarabağ"ın bu ilki gəlirləri açıqlandı - milyonlarla avro

Aydın Bağırov, Qol.az saytının baş redaktoru: "Sevilya" Azərbaycana gəlmiş ən güclü klublardan biridir. Heyətində müəyyən dəyişikliklər olsa da, görünür, hazırda yaxşı formadadırlar ki, La Liqada liderdilər. Hesab edirəm ki, indi "Qarabağ" da yaxşı formadadır. Heyətdə müəyyən itkilər olsa da, komandanı bu matça həm oyun, həm də psixoloji baxımdan hazır sayıram. "Sevilya" hər nə qədər güclü olsa da, məncə, "Qarabağ" panikaya düşməyəcək, ilk dəqiqələrdən rahat oynayacaq. Ümumən, matçın favoriti, əlbəttə ki, "Sevilya"dır. İki il əvvəl güclü "Atletiko" ilə matçlarda Ağdam klubunun 2 xal qazanması indi həm rəqib məşqçi Xuan Lopategini, həm də klubun rəsmilərini "Qarabağ"a layiqli rəqib kimi baxmasına gətirib çıxarıb. "Sevilya" bizimkiləri ciddiyə alır. Ona görə də rəqibdə hər hansı arxayınlıq olacağını düşünmürəm."

Natiq Muxtarlı, idman jurnalisti: "Qarabağ" "Sevilya" ilə qarşılaşmaya heç bir təzyiq olmadan çıxmalıdır. Azarkeşlər də "Sevilya"dan mütləq xal alınmalıdır" tələbi ilə komandaya əlavə təzyiq yaratmamalıdırlar. "Sevilya"nın gücü bəllidir və qrupun aşkar favoritidir. "Qarabağ" qrup ikincisi olmaq üçün əsas diqqəti digər iki rəqiblə oyunlara yönəltməlidir. "Sevilya" ilə qarşılaşmada, sadəcə, meydan açıb öz oyununu oynamaq lazımdır. Başqa heç nə. Komanda məğlub olsa belə, azarkeşlər "Qarabağ"dan dəstəyini əsirgəməməlidirlər. Çünki komandanın daha vacib qarşılaşmaları "APOEL" və "Düdelanj"a qarşı olacaq. "Sevilya" ilə qarşılaşmada əlavə təzyiq yaradıb komandada psixoloji durumu korlamaq olmaz. 

UEFA-nın binası, arxiv şəkli - Sputnik Azərbaycan
İDMAN
UEFA-dan rəsmi açıqlama - "Qarabağ" "Qalatasaray"ı qabaqladı
Bu amil növbəti oyunlarda "Qarabağ"ın əleyhinə işləyər, futbolçularda özünəinamı zəiflədər. Ümid edirəm ki, məşqçilər korpusu bu yöndə futbolçularla söhbət aparıblar".

Anar Xanlarov, idman jurnalisti: "Qarabağ"ın qrupa "Sevilya" matçı ilə start verməsi yaxşı oldu. Çünki ilk oyun, özü də evdə. Motivasiya və azarkeş dəstəyinin köməyi ilə rəqibdən xal almaq olar. Rəqib güclü komandadır. Amma baxmayaraq ki, hazırda La Liqada liderdir, "Sevilya" nə "Barselona"dır, nə də "Real". İndiki halda heç "Atletiko" da deyil. Bu mənada düşünürəm ki "Qarabağ" axşam ən azı 1 xal qazanacaq".

İsmayıl Abdullayev, idman jurnalisti: "İlk növbədə, bu cür səviyyəli və analoji turnirin rekordçusu olan klubu Bakıda gördüyümüz üçün şadıq. O ki qaldı görüşə, “Qarabağ” üçün qrupun ən çətin görüşü olsa da, sevindirici məqam odur ki, ilk matçı evdə keçiririk. “Neftçi” ilə oyundakı qalibiyyət isə düşünürəm ki, Ağdam təmsilçisinə əlavə stimul olacaq. Üstəlik həmin qarşılaşmada əsas heyət oyunçularının əksəriyyətinin istirahət etməsi də “Qarabağ"ın lehinə olan amillərdəndir. Bir sözlə, inanıram ki, Qurban Qurbanovun kollektivi bu axşam əzmkarlıq, eyni zamanda səbrli, düzgün oyun sayəsində rəqibdən ən azı 1 xal ala biləcək".

Çempionlar Liqası - Sputnik Azərbaycan
İDMAN
Çempionlar Liqasında "köhnə yeni" həyəcan: almanlar katalonlara qarşı

Orxan Sübhan, idman jurnalisti: Əvvəlki illərlə müqayisədə "Qarabağ"ın Avroliqanın qrup mərəhələsində ilk iki pillədən birini tutması üçün yaxşı fürsət yaranıb. "Sevilya"nı çıxmaq şərti ilə digər komandaları – həm "APOEL"i, həm də "Düdelanj"ı qabaqlamaq olar. İspaniyalılar qrupun favoriti olsalar da, məncə təmsilçimiz "Sevilya"dan Bakıda xal alacaq. Ümid edirəm ki, komandamız qrup mərhələsinin paytaxtımızda keçiriləcək ilk matçında aktivinə ən az 1 xal yazdıracaq. Bu gün hamımız "Qarabağ"lıyıq.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda bu gün keçiriləcək "Qarabağ" - "Sevilya" oyunu Tofiq Bəhramov adına Respublika stadionunda 20:55-də başlayacaq.

Xəbər lenti
0