CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiya gözəli qardaşının ad gününü Bakıda qeyd edib və qonaqpərvərliyimizə heyran qalıb

© Instagram / lopyrevavikaRusiyalı teleaparıcı, fotomodel, bloger, "Miss Rusiya 2003" titulunun sahibi Viktoriya Lopıreva
Rusiyalı teleaparıcı, fotomodel, bloger, Miss Rusiya 2003 titulunun sahibi Viktoriya Lopıreva - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyalı teleaparıcı, fotomodel, bloger, "Miss Rusiya 2003" titulunun sahibi Viktoriya Lopıreva ailə bayramında iştirak etmək üçün Bakıya gəlib

BAKI, 18 sentyabr — Sputnik. Rusiyalı teleaparıcı, fotomodel, bloger, "Miss Rusiya 2003" titulunun sahibi Viktoriya Lopıreva ailə bayramında iştirak etmək üçün Bakıya gəlib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə model "Instagram" sosial şəbəkəsində məlumat verib.

O, mərasim və şəhər gəzintisi zamanı çəkilmiş fotoları "Instagram"dakı səhifəsində yayıb.

"Bakıya xoş gəlmisiniz. Əsrlər boyu davam edən gözəllik və inanılmaz həyat eşqi - bu, qonaqpərvər xalqın əlamətidir! Belə isti qəbul üçün təşəkkür edirəm", - Lopıreva yazıb.

O, İçərişəhərdə gəzintiyə çıxıb, Azərbaycan yeməklərinin dadına baxıb və sürpriz bir gecədə iştirak edib. Bu gecə onun qardaşı İraklinin ad gününə həsr edilib.

Lopıreva sonuncu dəfə Bakıda 2003-cü ildə olub.

Nigar Qədirli və Kənan Mehdi  - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanlı modellər 40 kiloqramlıq geyimdə

Viktoriya Lopıreva təkcə aparıcı və fotomodel deyil, həm də 2018-ci il futbol çempionatının, eləcə də Rusiyada diskriminasiya ilə mübarizə üzrə BMT-nin səfiri olub. O, "Elite Model Look 1999" müsabiqəsinin finalçısı, "Super Model of the World 2000" layihəsinin laureatı, "Don fotomodeli 2000", "Rusiya cənubunun ən yaxşı modeli 2001", "İlin siması 2001", "İlin möhtəşəmi 2001", "Rostov gözəli 2001" və "Miss Rusiya 2003" titullarının sahibidir.

Model olaraq, dəfələrlə jurnalların üz qabığında görünüb və bir çox nüfuzlu parlaq nəşrlərin fotosessiyalarına çəkilib.

Xəbər lenti
0